Redaktor
“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
“Qlobal miqyasda əhalinin qocalması və əmək bazarının sürətlə dəyişməsi fonunda pensiya sistemlərinin dizaynı və onilliklər boyu bu sistemlərə olan etimadın qorunması ən böyük çağırışdır”.
Valyuta.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən “PensionsEurope” təşkilatının rəhbəri Matti Leppälä deyib.
Avropanın pensiya təcrübələrini bölüşən natiq, fərqli ölkələrin konkret göstəricilərini diqqətə çatdırıb.
O bildirib ki, Niderlandda tətbiq olunan sistem işçi qüvvəsinin 90%-dən çoxunu əhatə edir: "Bu ölkənin pensiya fondlarında toplanan vəsaitin həcmi 1,5 trilyon avrodan çoxdur və bu göstərici ilə Avropada birincidir. Niderlandda sistem İsveçrədəki kimi qanunla məcburi deyil, kollektiv müqavilələrə əsaslanır".
M.Leppälä digər Şimal ölkələrinin də rəqəmlərini açıqlayıb.
"İsveçdə kollektiv müqavilələrə əsaslanan peşə pensiyası sistemi artıq 100 ildir ki, fəaliyyət göstərir. Finlandiyada isə qazanca bağlı pensiya sistemində öhdəliklərin təxminən 25-30%-i fondlaşdırılır. Ən maraqlı məqam odur ki, bu vəsaitlər dövlət deyil, tamamilə özəl pensiya sığorta şirkətləri tərəfindən idarə olunur".
Baş katib onu da əlavə edib ki, Fransa, İtaliya və İspaniya kimi ölkələr hələ də əsasən cari işçilərin ödənişlərinə (pay-as-you-go) arxalanırlar.
Ekspert risklərin azaldılması üçün fərqli sütunları birləşdirən çoxsütunlu modelləri ən etibarlı sistemlər hesab edir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir
24.06.2026“Sığorta ödənişləri 900 milyon manatı ötüb"
24.06.2026Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb
24.06.2026Bakıda və rayonlarda yağış yağacaq
24.06.20264 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
24.06.2026“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026