Redaktor
4 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
“Avropa İttifaqına daxil olduqdan sonra qanunvericilik və fərqli pensiya strukturları arasında bəzi anlaşılmazlıqlar yarandı, region ölkələri üçün ən böyük problem isə büdcə kəsiri ilə bağlı şərtlər oldu”.
Valyuta.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən “Richter Pharma” Pensiya Fondunun İcraçı direktoru və “PensionsEurope” Mərkəzi və Şərqi Avropa Ölkələri Forumunun (CEEC Forum) sədri Çaba Nadj (Csaba Nagy) deyib.
Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsini bölüşən natiq bildirib ki, region dövlətləri sosialist rejimindən bazar iqtisadiyyatına keçid dövründə, xüsusilə 1998-2002-ci illərdə Dünya Bankının modelinə əsaslanan ikinci sütun (yığım) pensiya fondlarını yaratmağa başladılar. Lakin sonradan bu proses ciddi problemlərlə üzləşdi.
Çaba Nadj bu uğursuzluğun əsas səbəblərini və konkret göstəriciləri açıqlayıb:
"Avropa İttifaqına üzv olarkən ölkələr qarşısında büdcə kəsirinin ÜDM-in 3%-indən çox olmaması (Maastrixt kriteriyası) tələbi qoyuldu. İşçilərin etdiyi sosial ödənişlərin bir hissəsi (məsələn, Macarıstanda ümumi 15%-lik ödənişin 8%-i) ikinci sütuna – yığım fondlarına yönəldildiyi üçün dövlətin birinci sütununda (əsas pensiya büdcəsində) böyük kəsir yarandı. Avropa İttifaqı ilə bu vəsaitlərin büdcə kəsiri hesab edilməməsi barədə aparılan danışıqlar nəticə vermədi.
Yaranmış maliyyə təzyiqləri səbəbindən regionda dörd ölkə – Polşa, Estoniya, Litva və Macarıstan tətbiq etdikləri bu sistemdə uğursuzluğa düçar oldu. Məsələn, cəmi 1.8 - 2 milyon əhalisi olan Estoniyada iqtisadi miqyas kiçik olduğu üçün fondların idarəetmə xərcləri çox yüksək oldu və hökumət bu sistemi icbaridən könüllü formaya saldı, vətəndaşlar pullarını geri çəkdilər".
Natiq bu prosesdə Polşanın fərqli ssenarisinə də toxunub. Onun sözlərinə görə, Polşa 1997-ci ildə bu islahatlara başlasa da, 2014-cü ildə sistem milliləşdirildi: "Buna səbəb isə fondların investisiya qoyuluşunda sərt kəmiyyət məhdudiyyətlərinin olması və vəsaitlərin demək olar ki, yalnız yerli birjaya yönəldilməsi idi. Nəticədə 2008-ci il böhranında yaranan maliyyə köpüyü partladı və böyük vəsait itkilərindən sonra sistem iflas etdi. Lakin Polşa 4 illik fasilədən və etimad itkisindən sonra PPK (Personal Capital Accounts) adlı yeni fərdi yığım modelini işə saldı. Hazırda bu model işəgötürən, işçi və dövlətin birgə sabit əməkdaşlığına əsaslanır və fondda olan 4.25 milyon insanın sayı sürətlə artaraq aktiv əhalinin 75%-nə çatmaqdadır".
Çaba Nadj uğursuzluqlarla yanaşı, regionda ikinci sütun sistemini qoruyub saxlaya bilən uğurlu nümunələri də sadalayıb: "Bolqarıstan, Xorvatiya və Rumıniya kimi ölkələr islahatın ilkin mərhələsində yığım faizlərini (məsələn, Macarıstandan fərqli olaraq 7-8% deyil, 2%-lə başlayaraq) aşağı saxladıqları üçün dövlət büdcəsinə ağır yük salmadılar və bu gərginliyi sığortalaya bildilər. İndi həmin ölkələrdə vətəndaşlar pensiya vaxtı çatanda ümumi təqaüdlərinin 75%-ni dövlətdən, qalan 25%-ni isə uğurla fəaliyyət göstərən ikinci sütun yığım fondlarından alırlar".
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®
24.06.2026“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir
24.06.2026“Sığorta ödənişləri 900 milyon manatı ötüb"
24.06.2026Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb
24.06.2026Bakıda və rayonlarda yağış yağacaq
24.06.20264 postsovet ölkəsində pensiya islahatları niyə uğursuz oldu? - Çaba Nadj açıqladı
24.06.2026“PensionsEurope” rəhbəri: “Heç bir pensiya modeli təkbaşına bütün hədəflərə cavab verə bilməz”
24.06.2026
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?
24.06.2026ASA sədri: “Məqsədimiz - sığortanın insanların həyatında daha çox yer tutmasıdır”
24.06.2026İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub
24.06.2026“ByteDance"dan süni intellekt sahəsində yeni addım
24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL
24.06.2026Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb
24.06.2026“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”
24.06.2026"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub
24.06.2026İlon Mask trilyonçu statusunu itirib
24.06.2026