Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Redaktor

24.06.2026 09:40
207

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Böyük şirkətlərdə zaman-zaman ixtisarlar baş verir və bu, əməkdaşlar arasında narahatlıq yaradır. Bəzən iş yerlərinin ixtisarı qaçılmaz olur və bəzi əməkdaşlar adlarını ixtisar siyahısında görürlər. Digərləri isə belə bir vəziyyətlə üzləşməmək üçün nə etməli olduqlarını düşünürlər.

Bəs şirkətlərdə ixtisara düşməmək üçün hansı addımları atmaq lazımdır? Əməkdaşlar nələrə diqqət etməlidir?

“Kred Aqro” BOKT-da İnsan Resursları və Biznes Tərəfdaşlığı Departamentinin direktoru Naira Tağıyeva Valyuta.az-a bildirib ki, ixtisarlar hər zaman əməkdaşın peşəkarlıq səviyyəsinin və ya iş performansının zəif olması ilə bağlı olmur:

"Əksər hallarda bu qərarlar şirkətin strategiyası, struktur dəyişiklikləri, optimallaşdırma proqramları, texnoloji transformasiya və ya maliyyə amilləri əsasında qəbul edilir.

Bununla belə, əməkdaşlar peşəkar dayanıqlılıqlarını artırmaq üçün biznes üçün yaratdıqları dəyəri görünən etməli, dəyişən tələblərə uyğun olaraq bilik və bacarıqlarını davamlı inkişaf etdirməli, yalnız vəzifə öhdəlikləri ilə kifayətlənməyərək əlavə təşəbbüslər göstərməli, çevik olmalı və yeni proseslərə, texnologiyalara sürətlə uyğunlaşmalı, güclü əməkdaşlıq və effektiv kommunikasiya qurmalı, həmçinin şirkət daxilində müxtəlif layihələrdə iştirak edərək ekspertiza və təcrübələrini genişləndirməlidirlər".

"Eyni zamanda, peşəkar yanaşma tələb edir ki, hər bir əməkdaş yalnız mövcud vəzifəsini deyil, həm də öz karyerasını idarə etsin. Bu baxımdan əmək bazarını mütəmadi izləmək, peşəkar əlaqələr şəbəkəsini genişləndirmək və rəqabət qabiliyyətini qorumaq vacibdir. Nəticə etibarilə, ixtisardan yayınmağın universal formulu yoxdur. Lakin yüksək performans nümayiş etdirmək, davamlı inkişaf yönümlü olmaq və biznesə real töhfə vermək əməkdaşın peşəkar dayanıqlılığını artıran əsas amillərdən hesab olunur", - deyə N.Tağıyeva əlavə edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

Dost-tanış hesabına işə düzəlmək gələcəkdə problem yarada bilər?

24.06.2026

ASA sədri: “Məqsədimiz təkcə sığorta həcmlərini böyütmək deyil, onun insanların həyatında daha çox yer tutmasıdır”

24.06.2026

İlk 5 ayda nağd xarici valyuta alışı satışdan 311 milyon dollar çox olub

24.06.2026

“ByteDance"dan süni intellekt sahəsində yeni addım

24.06.2026
"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb

"Bank Respublika" reklam və marketinq xərclərini 20% azaldıb - CƏDVƏL

24.06.2026

Mərkəzi Bank uçot faiz dərəcəsini sabit saxlayıb

24.06.2026

“Sığorta haqları 23% artaraq 1,5 milyard manata çatıb”

24.06.2026

"Kred Aqro" BOKT-da direktor vəzifəsinə təyinat olub

24.06.2026

İlon Mask trilyonçu statusunu itirib

24.06.2026
Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

Şirkətdə ixtisara düşməmək üçün nə etmək lazımdır?

24.06.2026

"Təşkilatlarda ən böyük problemlərdən biri ifadə azadlığının olmamasıdır"

24.06.2026

Uğurlu insanların həmişə dəqiq planı olmur

24.06.2026

Maaş artımı tələbiniz qəbul olunmadısa, nə etməlisiniz?

24.06.2026

Süni intellekt təlimində istifadə olunan 21 milyon mahnıdan ibarət baza açıqlandı

23.06.2026

Müasir dünyanın rəqəmsal onurğa sütunu: Fiber optik kabellər necə işləyir?

23.06.2026

Müddətli əmanətlər üzrə ən aşağı faizli regionlar

23.06.2026

"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"

23.06.2026

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

Məzənnə

Yüklənir...