Redaktor
"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı
İlon Maska məxsus "SpaceX" şirkəti süni intellekt startapı "Reflection AI" ilə 6,3 milyard dollar dəyərində müqavilə bağlanıb.
Valyuta.az xəbər verir ki, müqaviləyə əsasən, "Reflection AI SpaceX"in Memfis yaxınlığında yerləşən "Colossus 2" məlumat mərkəzindəki "Nvidia"nın yeni nəsil GB300 süni intellekt çiplərindən və əlaqəli infrastrukturdan istifadə edəcək.
"CNBC"nin məlumatına görə, "Reflection AI" 2026-cı il iyulun 1-dən etibarən "SpaceX"ə hər ay 150 milyon dollar ödəyəcək. Müqavilənin 2029-cu ilə qədər qüvvədə qalacağı təqdirdə onun ümumi dəyəri təxminən 6,3 milyard dollara çatacaq.
2024-cü ildə keçmiş "Google DeepMind" tədqiqatçıları tərəfindən yaradılan "Reflection AI" açıq mənbəli süni intellekt modellərinin hazırlanması üzərində çalışır. Şirkət "OpenAI" və "Anthropic" kimi qapalı modellər hazırlayan rəqiblərinə alternativ olaraq təqdim olunur.
"Reflection AI" bildirib ki, bu müqavilə açıq mənbəli süni intellekt sahəsində indiyədək elan edilmiş ən böyük infrastruktur razılaşmalarından biridir.
Qeyd edək ki, "SpaceX" daha əvvəl də "Google" və "Anthropic" ilə böyük həcmli hesablama gücü müqavilələri imzalayıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Instagram" olmayanda onlar var idi: Sosial medianın unudulmuş "kralları"
23.06.2026"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı
23.06.2026Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?
23.06.2026Prezident onları təltif etdi - Siyahı
23.06.2026“Groq” startapı 650 milyon dollar investisiya aldı
23.06.202612 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026