Redaktor
Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
Startap qurucularının əsas diqqəti adətən məhsulun hazırlanmasına yönəlir. Lakin məhsul nə qədər yaxşı olsa da, onu doğru auditoriyaya çatdırmadan uğur qazanmaq çətindir. Bu səbəbdən sahibkarlar üçün əlavə xərc çəkmədən bizneslərini tanıtmağa imkan verən platformalar xüsusi əhəmiyyət daşıyır.
Valyuta.az startapların ilk istifadəçilərini cəlb etməsi və tanınması üçün 15 pulsuz platformanı təqdim edir:
Product Hunt
Yeni məhsulların təqdim olunduğu ən məşhur platformalardan biri hesab olunur. Startaplar burada ilk istifadəçilərini tapa və məhsulları barədə rəy toplaya bilirlər.
BetaList
Texnologiya həvəskarları və erkən mərhələ investorlar arasında populyar olan platforma startaplara əlavə görünürlük qazandırır.
Indie Hackers
Startap qurucularını bir araya gətirən icma platformasıdır. Sahibkarlar burada təcrübələrini bölüşə və yeni əlaqələr qura bilirlər.
StartupBase
Startapların beynəlxalq auditoriyaya təqdim olunmasına imkan verən kataloq platformasıdır.
SideProjectors
Xüsusilə fərdi layihələr üzərində çalışan sahibkarlar üçün nəzərdə tutulub.
Müvafiq mövzu qruplarında startap haqqında məlumat paylaşmaq və istifadəçilərdən rəy almaq mümkündür. Bununla yanaşı, platformanın özünüreklam qaydalarına diqqət yetirmək tövsiyə olunur.
Peşəkar sosial şəbəkə startapın inkişaf prosesi, yeniliklər və uğurlar barədə paylaşım etmək üçün effektiv vasitə hesab edilir.
Facebook qrupları
Sahibkarlar və startaplarla bağlı qruplarda iştirak etmək yeni auditoriyaya çıxış imkanı yaradır.
X (Twitter)
Sahə üzrə yenilikləri izləmək, məhsulun inkişaf prosesini paylaşmaq və potensial istifadəçilərlə əlaqə qurmaq üçün istifadə olunur.
Quora
Ekspertlər sual-cavab platformalarında aktiv olmağın etibar yaratdığını və yeni istifadəçilər cəlb etdiyini bildirirlər.
Medium
Bloq yazıları vasitəsilə bilik və təcrübəni bölüşmək, eyni zamanda brend tanınırlığını artırmaq mümkündür.
NextBigWhat
Xüsusilə Hindistan bazarında fəaliyyət göstərən sahibkarlar üçün faydalı icma platformalarından biri hesab olunur.
Instagram Reels
Qısa videolar vasitəsilə startapın inkişaf hekayəsini paylaşmaq geniş auditoriyaya çatmağa kömək edir.
IndieVoice
Startapların ilkin tanınması və istifadəçi rəyləri toplaması üçün nəzərdə tutulmuş platformadır.
Podchaser
Sahibkarlara podkastlar tapmaq və qonaq qismində çıxış etmək imkanı yaradır. Bu üsul brend tanınırlığının artırılması üçün effektiv hesab olunur.
Qeyd edək ki, ekspertlər startaplara eyni anda bütün platformalarda aktiv olmağa çalışmaq əvəzinə, əvvəlcə 3-4 əsas kanala fokuslanmağı və nəticələrə uyğun olaraq fəaliyyət dairəsini genişləndirməyi tövsiyə edirlər.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Groq” startapı 650 milyon dollar investisiya aldı
23.06.202612 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026