Redaktor
Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
İş mühitində manipulyativ rəhbər əməkdaşların özünəinamını zəiflədə, karyera inkişafını ləngidə və iş yerində mənfi atmosfer yarada bilər. Mütəxəssislər belə rəhbərlərin emosional təzyiq, qorxu və müxtəlif psixoloji üsullarla işçilərə təsir göstərdiyini bildirirlər.
Manipulyativ rəhbərin əsas əlamətləri
1. Yalnız çatışmazlıqlara fokuslanır
Belə rəhbərlər əməkdaşın uğurlarını görməzdən gəlir, yalnız səhvlərini qabardır və bunu çox vaxt kollektiv qarşısında edir.
2. Hər addımı nəzarətdə saxlayır
Mikroidarəetmə tətbiq edərək ən kiçik tapşırıqlarda belə daim hesabat tələb edir.
3. Səhvləri başqalarının üzərinə atır
Uğurları öz adına çıxsa da, problemlər zamanı məsuliyyəti əməkdaşların üzərinə yönəldir.
4. Rəhbər şəxslərin adından istifadə edir
"Direktor belə istəyir" və ya "HR təsdiqləyib" kimi ifadələrlə əməkdaşları təzyiq altında saxlamağa çalışır.
5. Dost kimi davranıb məlumat toplayır
Şəxsi münasibət quraraq əldə etdiyi məlumatlardan sonradan işçiyə qarşı istifadə edə bilir.
6. Faktları təhrif edir
Əvvəl dediklərini inkar edir və hadisələri fərqli təqdim etməklə əməkdaşın özünə şübhə etməsinə səbəb olur.
7. İnkişaf imkanlarını məhdudlaşdırır
Təlim, layihə və ya karyera imkanlarından uzaq saxlamaqla işçinin inkişafını əngəlləyir.
8. Emosional təzyiq göstərir
Günahkarlıq hissi yaradaraq və ya qorxu aşılayaraq əlavə iş yükünü qəbul etdirməyə çalışır.
9. Hamının yanında tənqid edir
İctimai şəkildə danlamaq və ya alçaltmaq vasitəsilə üstünlük nümayiş etdirməyə çalışır.
10. Başqalarının əməyini öz adından təqdim edir
Əməkdaşların ideya və nailiyyətlərini öz uğuru kimi təqdim edir.
Belə rəhbərlə nə etməli?
Mütəxəssislərin fikrincə, manipulyativ rəhbərin davranışı işçinin peşəkar keyfiyyətlərinin göstəricisi deyil. Belə hallarda özünəinamı qorumaq, sərhədlər müəyyənləşdirmək və peşəkar inkişafı davam etdirmək vacibdir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026