Redaktor
"SpaceX" səhmlərində kəskin eniş: İlon Mask 350 milyard dollar itirdi
"SpaceX" səhmlərində son üç gündə davam edən satış dalğası İlon Maskın sərvətinə ciddi zərbə vurub.
Valyuta.az xəbər verir ki, Forbes-in hesablamalarına görə, milyarderin sərvəti rekord 1,45 trilyon dollardan təxminən 1,1 trilyon dollara düşüb.
Şirkətin səhmləri iyunun 16-da qeydə alınan zirvədən bəri 31 faizdən çox ucuzlaşıb. Nəticədə "SpaceX"in bazar dəyəri təxminən 928 milyard dollar azalaraq 2 trilyon dollara geriləyib.
Analitiklər enişi MSCI-nin "SpaceX"ə ən aşağı ESG reytinqini verməsi, şirkətin istiqraz buraxmaq planı və AI startapı "Cursor"un 60 milyard dollarlıq satınalması ilə bağlı investor narahatlıqları ilə əlaqələndirirlər.
Buna baxmayaraq, Mask təxminən 1,1 trilyon dollarlıq sərvətlə hələ də dünyanın ən varlı insanlarından biri olaraq qalır.
Əlaqəli Xəbərlər
SpaceX-ə ən aşağı ESG reytinqi verildi, İlon Mask etiraz etdi
“SpaceX” birjaya 20 milyard dollarlıq əlavə istiqraz buraxacaq
"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib
İlon Mask tarixdə ilk trilyonçu oldu - sərvəti 1,1 trilyon dolları ötdü
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır"
23.06.2026"CFI Financial İnvestisiya Şirkəti"nin dövriyyəsi 89% azalıb
23.06.2026Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir ®
23.06.2026BMT: Süni intellekt sisteminin təqribən 44 faizi gender qərəzliliyi nümayiş etdirir
23.06.2026Musiqi startapları artıq mahnı yaratmağa maraq göstərmir
23.06.2026"SpaceX" səhmlərində kəskin eniş: İlon Mask 350 milyard dollar itirdi
23.06.2026"Unibank" rəhbərliyinə nə qədər əməkhaqqı və bonus ödənilib?
23.06.2026Space TV-nin yeni rəhbərinə müşavir təyin edildi - FOTO
23.06.2026Kripto investorları geri çəkilir: Son bir ayda bazardan 8 milyard dollar çıxıb
23.06.2026Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL
23.06.2026