Redaktor
SpaceX-ə ən aşağı ESG reytinqi verildi, İlon Mask etiraz etdi
"SpaceX" şirkətinin səhmləri bazar günü gecə ticarətində təxminən 4 faiz dəyər itirib.
Valyuta.az "Financial Times"ın məlumatına istinadən xəbər verir ki, buna səbəb qlobal maliyyə xidmətləri şirkəti olan "MSCI Inc." tərəfindən şirkətə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) üzrə ən aşağı səviyyə olan CCC reytinqinin verilməsi olub.
"MSCI" qərarını şirkətin ESG risklərinə yüksək məruz qalması və bu risklərin idarə olunmasında kifayət qədər nəticə göstərməməsi ilə əsaslandırıb.
Hesabatda "SpaceX"ə mübahisələr kateqoriyasında 10 baldan 1, korporativ idarəetmə üzrə isə 10 baldan 3,2 bal verilib.
Reytinqdən sonra "X" sosial şəbəkəsində açıqlama verən "SpaceX"in baş direktoru İlon Mask ESG meyarlarını tənqid edib.
“Təəssüf ki, elektrik raketlər mümkün deyil”, – deyə o bildirib.
Nəşrin yazdığına görə, bu qiymətləndirmə "SpaceX"in uğurlu IPO-sundan qısa müddət sonra açıqlanıb.
Hazırda şirkətin əsas fond indekslərinə sürətlə daxil edilməsi məsələsi müzakirə olunur ki, bu da milyardlarla dollar həcmində yeni investisiya cəlb edə bilər.
Məlumata əsasən, "SpaceX" süni intellekt və kosmik layihələrinin maliyyələşdirilməsi məqsədilə 20 milyard dollarlıq istiqraz buraxılışını da nəzərdən keçirir.
Mübahisə 2022-ci ildə "Tesla"nın "S&P 500 ESG Index"dən çıxarılması zamanı yaşanan hadisələri xatırladıb. Həmin vaxt da İlon Mask ESG sistemini sərt tənqid etmiş və onu “fırıldaq” adlandırmışdı.
Buna baxmayaraq, analitiklər hesab edirlər ki, zəif ESG reytinqi "SpaceX"in əsas indekslərə daxil olmasına ciddi maneə yaratmayacaq. Lakin bu, dayanıqlı investisiya strategiyasına üstünlük verən investorların marağını azalda və şirkətin korporativ idarəetmə siyasətinə nəzarəti gücləndirə bilər.
Hazırda investorların diqqəti şirkətin IPO-dan sonrakı ilk maliyyə hesabatına yönəlib. Hesabatın iyulun sonu və ya avqustun əvvəlində açıqlanacağı gözlənilir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUğurlu biznes sahibi olmağın 5 yolu
22.06.2026Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
22.06.2026Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
22.06.2026Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib
22.06.2026Hansı bürclər biznesdə daha uğurludur?
22.06.2026SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
22.06.2026Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?
22.06.2026Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®
22.06.2026"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir
22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?
22.06.20264 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL
22.06.202645 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
22.06.2026"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib
22.06.2026Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
22.06.2026