Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Redaktor

22.06.2026 16:09
139

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®

Ölkənin birinci bankı Kapital Bank-ın brendi olan Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutan sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edib.

Bankın 7-ci dəfə dəstək olduğu sərgi yerli bizneslərin tanıdılması, yeni əməkdaşlıqların qurulması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından ölkənin ən böyük biznes platformalarından biridir. Tədbir çərçivəsində keçirilən şirkətlərarası işgüzar görüşlər və dövlət qurumlarının nümayəndələri ilə təşkil olunan görüşlər iştirakçılara yeni əməkdaşlıqlar qurmaq, biznes əlaqələrini genişləndirmək və mövcud imkanlarla daha yaxından tanış olmaq imkanı yaradıb.

Sərginin yekunlarına münasibət bildirən Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə qeyd edib ki, sahibkarların inkişafı üçün maliyyə həlləri ilə yanaşı, onların yeni əlaqələr qurmasına, təcrübə mübadiləsi aparmasına və məhsul-xidmətlərini daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradan platformaların olması da vacibdir. O, Yerli Şirkətlərin Tanıtım Sərgisini bizneslər arasında əməkdaşlığın inkişafına töhfə verən uğurlu təşəbbüslərdən biri adlandırıb.

Qeyd edək ki, Birbank Biznes hazırda 200 mindən çox sahibkara xidmət göstərilir. Platforma sahibkarların gündəlik fəaliyyətini asanlaşdıran rəqəmsal həllərlə yanaşı, onların inkişafına, yeni əməkdaşlıqlar qurmasına və biznes imkanlarını genişləndirməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti  Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu biznes sahibi olmağın 5 yolu

22.06.2026

Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

22.06.2026

Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ

22.06.2026

Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib

22.06.2026

Hansı bürclər biznesdə daha uğurludur?

22.06.2026

SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq

22.06.2026

Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?

22.06.2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®

22.06.2026

"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir

22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

22.06.2026

4 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL

22.06.2026

45 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir

22.06.2026

"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib

22.06.2026

Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı

22.06.2026
Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib?

Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib? - CƏDVƏL

22.06.2026

“Azərenerji” eyni şirkətlə bu dəfə 60 milyonluq müqavilə bağladı

22.06.2026

Sabah hava necə olacaq?

22.06.2026

Ekran çipləri onları milyarder etdi: Qardaşların 1 milyard ABŞ dollarlıq uğuru

22.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

22.06.2026

Beşir Kemal Ustaoğlu: "Sərmayəsiz də sahibkar olmaq olar"

22.06.2026

Məzənnə

Yüklənir...