Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

Redaktor

22.06.2026 15:25
168

Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

Ticarət obyektlərini icarəyə götürən bəzi sahibkarlar aylıq icarə haqqını müqavilədə nəzərdə tutulan tarixdən bir neçə gün gec ödəyirlər. Belə hallarda bəzi obyekt sahibləri gecikmənin onların bank kreditlərinin ödənişinə təsir etdiyini əsas gətirərək icarəçilərdən əlavə məbləğ tələb edirlər. Bu isə tərəflər arasında mübahisələrə səbəb olur və əlavə ödəniş tələbinin hüquqi əsasları ilə bağlı suallar yaradır.

İcarə haqqı müqavilədə göstərilən tarixdən bir neçə gün gec ödənildikdə, obyekt sahibi öz bank krediti üzrə yaranan gecikmə faizini və ya əlavə xərcləri icarəçidən tələb edə bilərmi?

AR Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov Valyuta.az-a bildirib ki, icarəyəverənin özünün bank krediti üzrə öhdəliklərini vaxtında icra etməməsi nəticəsində yaranan gecikmə və cərimə faizlərini icarəçidən tələb etməsi hüquqi baxımdan əsaslandırılmış hesab oluna bilməz:

"Mülki qanunvericiliyə əsasən, icarə haqqının gecikdirilməsi yalnız icarə müqaviləsindən irəli gələn öhdəliyin pozulması kimi qiymətləndirilir. İcarəyəverənin bank və ya digər üçüncü şəxslər qarşısındakı fərdi maliyyə öhdəlikləri isə icarəçinin məsuliyyət dairəsinə aid deyil. Bu səbəbdən, icarəyəverən öz biznes risklərini və kredit öhdəliklərindən yaranan nəticələri icarəçinin üzərinə qoymaq hüququna malik deyil. İcarə haqqının gecikdirilməsinə görə əlavə ödəniş tələb edilməsi yalnız həmin tələb müqavilə öhdəliyinin pozulmasına görə tətbiq olunan cərimə və ya peniya formasında nəzərdə tutulduğu halda qanuni hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460-cı maddəsinə əsasən, borclu öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditora cərimə (peniya) ödəməyə borcludur. Lakin belə cərimə yalnız icarəçinin öhdəliyi vaxtında yerinə yetirməməsi ilə bağlı hesablanmalı, icarəyəverənin bank qarşısında yaranmış əlavə xərcləri və ya zərərləri ilə birbaşa əlaqələndirilməməlidir".

"Bundan əlavə, icarəçidən hər hansı əlavə ödənişin, cərimənin və ya peniyanın tələb olunması üçün həmin məsələ tərəflər arasında bağlanmış icarə müqaviləsində aydın və birmənalı şəkildə əvvəlcədən nəzərdə tutulmalıdır.

Müqavilə azadlığı prinsipinə uyğun olaraq, icarə haqqının ödənilmə müddətləri və bu müddətlərin pozulmasına görə tətbiq ediləcək maliyyə məsuliyyəti, o cümlədən peniya dərəcəsi müqavilədə dəqiq göstərilməlidir. Müqavilədə belə bir müddəa nəzərdə tutulmayıbsa, icarəyəverənin birtərəfli qaydada əlavə ödəniş tələb etməsi hüquqi əsasdan məhrumdur və icarəçi belə tələbləri yerinə yetirməyə borclu deyil", - deyə R.Qaraşov əlavə edib. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu biznes sahibi olmağın 5 yolu

22.06.2026

Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

22.06.2026

Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ

22.06.2026

Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib

22.06.2026

Hansı bürclər biznesdə daha uğurludur?

22.06.2026

SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq

22.06.2026

Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?

22.06.2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®

22.06.2026

"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir

22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

22.06.2026

4 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL

22.06.2026

45 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir

22.06.2026

"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib

22.06.2026

Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı

22.06.2026
Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib?

Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib? - CƏDVƏL

22.06.2026

“Azərenerji” eyni şirkətlə bu dəfə 60 milyonluq müqavilə bağladı

22.06.2026

Sabah hava necə olacaq?

22.06.2026

Ekran çipləri onları milyarder etdi: Qardaşların 1 milyard ABŞ dollarlıq uğuru

22.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

22.06.2026

Beşir Kemal Ustaoğlu: "Sərmayəsiz də sahibkar olmaq olar"

22.06.2026

Məzənnə

Yüklənir...