Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

Redaktor

22.06.2026 20:19
71

Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

“Gələcəkdə təhsil tələbə kreditlərinin verilməsi zamanı ixtisaslar üzrə diferensial yanaşma tətbiq edilə bilər”.

Valyuta.az "AzEdu.az"a istinadən xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov bildirib.

Fond rəhbəri qeyd edib ki, təhsil kreditlərinə maraq ildən-ilə artır:

“Vətəndaşlar artıq təhsil kreditlərinin üstünlüklərini daha yaxşı anlayır və bu da müraciətlərin sayında özünü göstərir. Kreditlərə müraciət və rəsmiləşmədə artan dinamikanı hiss edirik. Vətəndaşlar başa düşürlər ki, öz vəsaiti hesabına təhsil haqqını ödəməkdənsə, təhsil kreditindən istifadə edib vəsaitlərini digər istiqamətlərə yönəldə bilərlər”.

B.Əzimovun sözlərinə görə, mövcud təhsil kreditlərinin şərtləri digər maliyyə alətləri ilə müqayisədə daha əlverişlidir:

“Əgər standart təhsil kreditlərini ipoteka kreditləri ilə müqayisə etsək, faiz dərəcəsi 6 faiz təşkil edir. Həm faiz dərəcələrinə, həm də geriödəmə müddətinin uzunluğuna baxdıqda kifayət qədər uyğun şərtlərin olduğunu görürük”.

Fondun sədri hazırda bütün ixtisaslar üzrə kredit verildiyini vurğulayıb. O bildirib ki, gələcəkdə müəyyən ixtisaslar üzrə fərqli yanaşmalar tətbiq oluna bilər:

“Hazırda təhsil tələbə kreditləri üzrə hər hansı ixtisas istiqaməti üçün kredit məbləğinə limit tətbiq edilmir və kreditlər bütün ixtisaslar üzrə təhsil haqqının məbləğinə uyğun olaraq təqdim edilir. Bununla belə, gələcəkdə bu məsələyə yenidən baxılması istisna edilmir. Diferensial yanaşmanın tətbiqi halında əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri üzrə fərqli yanaşmaların nəzərdə tutulması mümkün ola bilər.”

Bununla belə, Bəhruz Əzimov hazırkı mərhələdə təhsil kreditlərinin şərtlərinin dəyişdirilməsinin gündəmdə olmadığını bildirib:

“Təhsil tələbə kreditləri gənclərin təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm sosial dəstək mexanizmi olduğundan, dövlət bu sistemin əlçatanlığının və davamlılığının qorunmasına xüsusi önəm verir. Təhsil tələbə kreditlərinin bütün ixtisaslar üzrə təqdim olunması davam etdirilir və bu istiqamətdə hər hansı dəyişiklik indiki halda nəzərdə tutulmur”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu biznes sahibi olmağın 5 yolu

22.06.2026

Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

22.06.2026

Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ

22.06.2026

Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib

22.06.2026

Hansı bürclər biznesdə daha uğurludur?

22.06.2026

SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq

22.06.2026

Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?

22.06.2026

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®

22.06.2026

"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir

22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?

22.06.2026

4 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL

22.06.2026

45 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir

22.06.2026

"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib

22.06.2026

Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı

22.06.2026
Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib?

Əmanətçilər son 6 ildə ABB-yə nə qədər depozit yerləşdirib? - CƏDVƏL

22.06.2026

“Azərenerji” eyni şirkətlə bu dəfə 60 milyonluq müqavilə bağladı

22.06.2026

Sabah hava necə olacaq?

22.06.2026

Ekran çipləri onları milyarder etdi: Qardaşların 1 milyard ABŞ dollarlıq uğuru

22.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

22.06.2026

Beşir Kemal Ustaoğlu: "Sərmayəsiz də sahibkar olmaq olar"

22.06.2026

Məzənnə

Yüklənir...