Redaktor
Hansı bürclər biznesdə daha uğurludur?
Bəzi insanlar uğurun zəhmət, təhsil və təcrübədən qaynaqlandığını düşünür, digərləri isə xarakter xüsusiyyətlərinin və hətta bürclərin də biznesdə mühüm rol oynadığını hesab edir. Aparılan son araşdırma müxtəlif bürclərin liderlik, qərarvermə, risk götürmə və idarəetmə bacarıqlarını təhlil edərək, hansı bürclərin biznes dünyasında daha uğurlu olmağa meylli olduğunu müəyyənləşdirib.
Valyuta.az xəbər verir ki, müxtəlif bürclərin xarakter xüsusiyyətlərini təhlil edən araşdırmada onların liderlik, qərarvermə, risk götürmə və biznes idarəetmə bacarıqları qiymətləndirilib.
Araşdırmaya görə, Qoç bürcü nümayəndələri təbii liderlik qabiliyyəti, yüksək enerjisi və ambisiyası ilə seçilir. Onlar idarəçilik, reklam və layihələrin idarə olunması sahələrində uğur qazana bilirlər. "Google"un həmtəsisçisi Larri Peyc də Qoç bürcündə anadan olub.
Buğa bürcü nümayəndələri səbirli, planlı və strateji düşüncəyə malik olmaları ilə tanınırlar. Mütəxəssislər hesab edir ki, onlar uzunmüddətli planlama tələb edən bizneslərdə daha uğurlu olurlar. "Facebook"un yaradıcısı Mark Zukerberq də Buğa bürcündə doğulub.
Əkizlər bürcü insanlarla ünsiyyət qurmaq bacarığı və dəyişikliklərə tez uyğunlaşması ilə fərqlənir. Texnologiya, maliyyə bazarları və sosial şəbəkələr kimi sahələr onlar üçün daha uyğun hesab edilir.
Araşdırmada Xərçəng bürcü nümayəndələrinin maliyyə məsələlərinə həssas yanaşdığı, sabitlik axtardığı və təşkilatçılıq qabiliyyətinə malik olduğu qeyd edilir. "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask da bu bürcdə doğulan tanınmış iş adamlarındandır.
Şir bürcü nümayəndələri isə liderlik, risk almaq və insanlarla münasibət qurmaq bacarıqları ilə seçilirlər. "Google"un digər həmtəsisçisi Sergey Brin də Şir bürcündə dünyaya gəlib.
Məqalədə Qız bürcü nümayəndələrinin detallara diqqət yetirməsi və analitik düşüncə tərzi sayəsində uğur qazandığı bildirilir. Dünyanın ən məşhur investorlarından biri olan Uorren Baffet Qız bürcündə doğulub.
Tərəzi bürcü insanları optimist və sosial olduqları üçün marketinq, diplomatiya və incəsənət sahələrində daha uğurlu hesab olunur.
Əqrəb bürcü nümayəndələrinin məqsədyönlü və qətiyyətli olduğu vurğulanır. "Microsoft"un qurucusu Bill Qeyts də Əqrəb bürcündə anadan olub.
Araşdırmaya əsasən, Oxatan bürcü insanları enerjili, etik prinsiplərə sadiq və yaradıcılığa meylli olduqları üçün biznes inkişafı və məsləhətçilik sahələrində uğur qazana bilirlər.
Oğlaq bürcü isə ən çalışqan və intizamlı bürclərdən biri hesab olunur. "Amazon"un qurucusu Ceff Bezos da Oğlaq bürcündə doğulub.
Dolça bürcü nümayəndələri innovativ düşüncələri və sosial bacarıqları ilə seçilir. "Bloomberg"in qurucusu Maykl Blumberq bu bürcün tanınmış nümayəndələrindəndir.
Balıqlar bürcü isə yaradıcılıq və güclü intuisiya ilə xarakterizə olunur. "Apple"ın həmtəsisçisi Stiv Cobs və "LVMH" rəhbəri Bernar Arno da Balıqlar bürcündə anadan olublar.
Araşdırmada vurğulanır ki, biznesdə uğur yalnız bürcdən asılı deyil. Təhsil, təcrübə, əzmkarlıq və düzgün qərarlar da uğura təsir edən əsas amillər sırasındadır.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUğurlu biznes sahibi olmağın 5 yolu
22.06.2026Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
22.06.2026Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
22.06.2026Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib
22.06.2026Hansı bürclər biznesdə daha uğurludur?
22.06.2026SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
22.06.2026Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?
22.06.2026Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®
22.06.2026"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir
22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?
22.06.20264 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL
22.06.202645 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
22.06.2026"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib
22.06.2026Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
22.06.2026