Redaktor
SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Elektroprivreda Srbije" (EPS) enerji şirkəti yaxın vaxtlarda Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasının tikintisi üçün yaradılacaq birgə müəssisənin hüquqi strukturunu rəsmiləşdirəcək. Report.az xəbər verir ki, tərəflər artıq sənədin son detallarını razılaşdırırlar.
Layihənin icra vəziyyəti Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviçin və Niş şəhərinin rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə müzakirə olunub. Nazir elektrik stansiyasını Belqrad və Bakı arasında ikitərəfli əməkdaşlıq çərçivəsində inşa edilən strateji obyekt adlandırıb.
Layihənin həyata keçirilməsinə dair əsas saziş bu ilin fevral ayında Belqradda, Serbiya və Azərbaycan prezidentlərinin iştirakı ilə imzalanıb. Cedoviç-Handanoviçin sözlərinə görə, həmin vaxtdan etibarən Niş şəhərinin ərazi planı təsdiqlənib ki, bu da planlaşdırma sənədlərinin hazırlanması və razılaşdırılması mərhələsinə keçməyə imkan verib.
Görüşdə həmçinin iş qrafiki və tikintinin 2030-cu ilin sonunadək başa çatdırılması nəzərdə tutulan əsas mərhələlər müzakirə edilib. Nazir vurğulayıb ki, yeni stansiya təkcə elektrik təchizatının etibarlılığını artırmayacaq və Serbiyanın enerji təhlükəsizliyini möhkəmləndirməyəcək, həm də Niş sakinlərinin istilik təchizatını yaxşılaşdıracaq.
Tərəflər EPS və SOCAR arasında birgə müəssisənin yaradılmasına hazırlıq məsələsinə xüsusi diqqət ayırıblar.
“Gələcək birgə şirkət üçün səhmdar sazişinin razılaşdırılması prosesi paralel şəkildə davam edir və onun yaxın həftələrdə imzalanması gözlənilir”, – deyə Report.az nazirin sözlərindən sitat gətirib.
Öz növbəsində, Niş şəhərinin meri Draqoslav Pavloviç bildirib ki, yerli hakimiyyət orqanları və şəhərin bütün qurumları layihənin hazırlanmasını sürətləndirmək və tikintinin mümkün qədər tez başlanmasını təmin etmək üçün bütün imkanlardan istifadə edir.
Cari ilin iyun ayının əvvəlində EPS və SOCAR Bakıda əməkdaşlığın əsas şərtlərini, gələcək stansiyanın idarə edilməsinin əsas prinsiplərini və layihənin kommersiya parametrlərini müəyyən edən çərçivə sənədi imzalayıblar.
Azade Agaeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUğurlu biznes sahibi olmağın 5 yolu
22.06.2026Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
22.06.2026Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
22.06.2026Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib
22.06.2026Hansı bürclər biznesdə daha uğurludur?
22.06.2026SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
22.06.2026Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?
22.06.2026Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®
22.06.2026"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir
22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?
22.06.20264 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL
22.06.202645 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
22.06.2026"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib
22.06.2026Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
22.06.2026