Redaktor
KOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır"
"Süni intellekt, rəqəmsallaşma və avtomatlaşdırma əmək bazarında yeni tələblər formalaşdırır".
Valyuta.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.
KOBİA sədri bildirib ki, biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır: "Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, qlobal iqtisadi qeyri-müəyyənliklər və iqlim dəyişiklikləri biznes fəaliyyət prinsiplərini yenidən formalaşdırır. Belə bir şəraitdə liderlik, innovasiya və strateji düşüncə hər zamankindən daha böyük əhəmiyyət daşıyır".
O.Məmmədov qeyd edib ki, şirkətlər artıq yalnız məhsul və xidmətlə deyil, texnologiya və məlumatların idarə olunması sahəsində də rəqabət aparırlar: "Kiçik və orta biznesin bu transformasiyaya uyğunlaşması üçün yeni biliklərə, bacarıqlara və texnoloji həllərə böyük ehtiyac var".
KOBİA sədri vurğulayıb ki, əmək bazarında baş verən dəyişikliklər yeni peşələrin yaranmasına və mövcud peşələrin transformasiyasına səbəb olur: "Bu gün işəgötürənlər yalnız peşə biliklərinə malik əməkdaşlar deyil, eyni zamanda dəyişikliklərə sürətlə uyğunlaşa bilən, analitik düşünən və davamlı öyrənməyə çalışan mütəxəssislər axtarırlar".
O.Məmmədovun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və regional nəqliyyat layihələrində artan rolu sahibkarlar üçün yeni imkanlar açır: "Bu imkanlardan səmərəli istifadə etmək üçün biznes subyektlərinin daha çevik, innovativ və dayanıqlı idarəetmə modellərini tətbiq etməsi xüsusi əhəmiyyət daşıyır".
KOBİA sədri həmçinin yaşıl iqtisadiyyatın və ESG prinsiplərinin biznes üçün vacibliyinə diqqət çəkib: "Yaşıl texnologiyalara investisiya, resurslardan səmərəli istifadə və ekoloji məsuliyyətli biznes modellərinin tətbiqi gələcək dövrdə müəssisələrin rəqabət qabiliyyətini artıran mühüm amillərdən olacaq".
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜç məktəb dostunun qurduğu startap milyard dollarlıq şirkətə çevrildi
23.06.2026"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir"
23.06.2026Özbəkistan və Azərbaycan investisiya dəhlizini gücləndirir: birgə layihələrə 10 milyard dollar ayrılacaq
23.06.2026KOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır"
23.06.2026"CFI Financial İnvestisiya Şirkəti"nin dövriyyəsi 89% azalıb
23.06.2026Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir ®
23.06.2026BMT: Süni intellekt sisteminin təqribən 44 faizi gender qərəzliliyi nümayiş etdirir
23.06.2026Musiqi startapları artıq mahnı yaratmağa maraq göstərmir
23.06.2026"SpaceX" səhmlərində kəskin eniş: İlon Mask 350 milyard dollar itirdi
23.06.2026"Unibank" rəhbərliyinə nə qədər əməkhaqqı və bonus ödənilib?
23.06.2026Space TV-nin yeni rəhbərinə müşavir təyin edildi - FOTO
23.06.2026Kripto investorları geri çəkilir: Son bir ayda bazardan 8 milyard dollar çıxıb
23.06.2026Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL
23.06.2026