"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir" 

Redaktor

23.06.2026 12:23
41

"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir" 

Süni intellektin inkişafı insanın iş həyatındakı rolunu dəyişdirir və dəyər yaratma anlayışını yenidən formalaşdırır.

Valyuta.az xəbər verir ki, bunu marketinq, böyümə və süni intellekt üzrə mütəxəssis Yüce Zerey Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı deyib.

Yüce Zerey bildirib ki, süni intellektlə bağlı müzakirələrdə əsas məsələ texnologiyanın gücündən çox, ondan necə istifadə olunmasının düzgün müəyyənləşdirilməsidir:

"Süni intellekt hazırda ən çox danışılan mövzulardan biridir. Lakin bu sahədə nəyi danışıb, nəyi danışmamağın vacib olduğunu anlamaq lazımdır. Süni intellekt kifayət qədər mürəkkəb mövzudur və burada düzgün tendensiyaları görmək böyük əhəmiyyət daşıyır".

O qeyd edib ki, tarix boyu texnoloji yeniliklər insan yaradıcılığını məhdudlaşdırmayıb, əksinə onun inkişafına təkan verib:

"Bir vaxtlar rəssamların əsas məqsədi həyatı olduğu kimi təsvir etmək idi. 1839-cu ildə fotoaparatın ixtirasından sonra onların fəaliyyəti sona çatmadı. Əksinə, rəssamlar daha azad və daha yaradıcı oldular. Çünki artıq reallığı olduğu kimi çəkmək məcburiyyətində deyildilər. Bu, mühüm  dəyişiklik idi".

Yüce Zereyin sözlərinə görə, bu gün süni intellektin yaratdığı dəyişikliklər də oxşar xarakter daşıyır:

"Əgər biz süni intellektin güclü olduğu sahələrdə onunla rəqabət aparmağa çalışsaq, üstünlüyümüzü itirəcəyik. Amma onu bizi azadlaşdıran və əlavə dəyər yarada biləcəyimiz istiqamətlərdə istifadə etsək, daha uğurlu nəticələr əldə edə bilərik".

Mütəxəssis vurğulayıb ki, süni intellektin əsas təsiri məhsuldarlığın artırılmasından daha çox dəyər anlayışının dəyişməsində özünü göstərir:

"Bir çoxları düşünür ki, süni intellekt sayəsində daha sürətli işləyəcək və daha məhsuldar olacaq. Lakin əsas məsələ bundan daha dərindir. İnsanların qərarları, baxış bucağı və onları fərqləndirən xüsusiyyətlər daha böyük əhəmiyyət qazanır".

O bildirib ki, süni intellekt dövründə qərarvermə, intuisiya və məna yaratmaq kimi bacarıqlar insanın əsas üstünlükləri olaraq qalacaq:

"İstehsal prosesini süni intellekt vasitəsilə həyata keçirmək mümkündür. Amma son qərarı insan verir. Məna yaratmaq, münasibətlər qurmaq və qeyri-müəyyən situasiyalarda intuisiya nümayiş etdirmək insanın əsas üstünlükləridir".

Yüce Zerey həmçinin agent əsaslı süni intellekt sistemlərinin gələcəkdə təşkilatların iş prinsiplərini dəyişəcəyini bildirib:

"Agentlərin ənənəvi süni intellekt köməkçilərindən fərqi ondadır ki, onlar verilən tapşırığı tamamlayana qədər fəaliyyətlərini davam etdirirlər. Bu yanaşma insanlarla süni intellekt agentlərinin birlikdə işlədiyi yeni idarəetmə modellərinin formalaşmasına səbəb olacaq".

 Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Üç məktəb dostunun qurduğu startap milyard dollarlıq şirkətə çevrildi

23.06.2026

"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir" 

23.06.2026

Özbəkistan və Azərbaycan investisiya dəhlizini gücləndirir: birgə layihələrə 10 milyard dollar ayrılacaq

23.06.2026

KOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır" 

23.06.2026

"CFI Financial İnvestisiya Şirkəti"nin dövriyyəsi 89% azalıb

23.06.2026

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir ®

23.06.2026

BMT: Süni intellekt sisteminin təqribən 44 faizi gender qərəzliliyi nümayiş etdirir

23.06.2026

Musiqi startapları artıq mahnı yaratmağa maraq göstərmir

23.06.2026

"SpaceX" səhmlərində kəskin eniş: İlon Mask 350 milyard dollar itirdi

23.06.2026

"Unibank" rəhbərliyinə nə qədər əməkhaqqı və bonus ödənilib?

23.06.2026

Space TV-nin yeni rəhbərinə müşavir təyin edildi - FOTO

23.06.2026

Kripto investorları geri çəkilir: Son bir ayda bazardan 8 milyard dollar çıxıb

23.06.2026

Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL

23.06.2026
"Ziraat Bank Azərbaycan" müddətli əmanətlərə aylıq nə qədər faiz təklif edir?

"Ziraat Bank Azərbaycan" müddətli əmanətlərə aylıq nə qədər faiz təklif edir? - CƏDVƏL

23.06.2026

Uğurlu tənha insanların 10 özünəməxsus xüsusiyyəti

23.06.2026

Uğurlu biznes sahibi olmağın 5 yolu

22.06.2026

Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər

22.06.2026

Məzənnə

Yüklənir...