Redaktor
"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib
İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinin ilkin kütləvi təklifinin (IPO) həcmi əlavə satış opsionunun istifadəsindən sonra 85,7 milyard ABŞ dollarına yüksəlib.
Valyuta.az xəbər verir ki, şirkət IPO çərçivəsində 555,56 milyon səhmi hər biri 135 ABŞ dollarından sataraq 75 milyard dollar vəsait cəlb edib. İnvestorlardan daxil olan sifarişlərin həcmi isə 250 milyard dolları ötüb ki, bu da əlavə 83,3 milyon səhmin satışına imkan verib.
"SpaceX" səhmləri "Nasdaq" birjasında ticarətə başladıqdan sonra ilk gündə 19 faiz bahalaşıb. Nəticədə şirkətin bazar dəyəri 2 trilyon ABŞ dollarını keçib. Sonrakı artımla "SpaceX" bazar kapitallaşmasına görə dünyanın ən böyük çip istehsalçılarından biri olan TSMC-ni də geridə qoyub.
Şirkət IPO-dan əldə olunan vəsaitin bir hissəsini təxminən 20 milyard dollarlıq borcların ödənilməsinə yönəltməyi planlaşdırır. Qalan vəsait isə süni intellekt infrastrukturu, raket buraxılışı sistemləri və "Starlink" peyk interneti şəbəkəsinin inkişafına sərf ediləcək.
"SpaceX"in 2027-ci ilin sonunadək kosmos əsaslı süni intellekt hesablama infrastrukturu üzrə ilk sınaqları həyata keçirməyi hədəflədiyi bildirilir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir
16.06.2026Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?
16.06.2026Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?
16.06.2026Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
16.06.2026“Sarvam” 234 milyon dollar investisiya alıb
16.06.2026Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"
16.06.2026Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
16.06.2026Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®
16.06.2026Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi
16.06.2026AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®
16.06.2026Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?
16.06.2026Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə
16.06.2026Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb
16.06.2026Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"
16.06.2026"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib
16.06.2026Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
16.06.2026Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib
16.06.2026Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır
16.06.2026İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək
16.06.2026