“Sarvam” 234 milyon dollar investisiya alıb

Redaktor

16.06.2026 18:23
38

“Sarvam” 234 milyon dollar investisiya alıb

“Sarvam” B seriyası investisiya turunda 234 milyon dollar investisiya əldə edib.

Valyuta.az xəbər verir ki, şirkət ümumilikdə 300 milyon dollar cəlb etməyi hədəfləyir və investisiya turu hələ yekunlaşmayıb.

Tam dövrlü süni intellekt həlləri hazırlayan Hindistan mərkəzli “Sarvam”ın B seriyası investisiya turunun 150 milyon dollarlıq hissəsi “HCLTech” tərəfindən yatırılıb. 

2023-cü ildə təsis edilən şirkətin dəyərləndirməsi bu investisiya turu ilə 1,5 milyard dollara yüksəlib.

“Sarvam” bildirib ki, yeni investisiyadan əsasən avtonom süni intellekt agentlərinin, proqram təminatı və kibertəhlükəsizlik yönümlü yeni nəsil modellərin hazırlanmasına, həmçinin artan tələbatı qarşılamaq üçün hesablama infrastrukturunun genişləndirilməsinə yönəldiləcək.

Vivek Raqavan (Vivek Raghavan) və Pratyuş Kumar (Pratyush Kumar) tərəfindən yaradılan “Sarvam” böyük dil modelləri hazırlayır. Şirkət xüsusilə Hindistan dillərinə və yerli istifadə ssenarilərinə uyğun həllərə fokuslanır, bu modellər əsasında korporativ süni intellekt məhsulları və infrastruktur xidmətləri təqdim edir.

Şirkət yalnız model hazırlamaqla kifayətlənmir, eyni zamanda həmin modellərin işlədiyi inferens (inference) infrastrukturunu və şirkətlərə, eləcə də dövlət qurumlarına yönəlmiş tətbiqləri də təqdim edir. “Sarvam” bankçılıq, sığorta, dövlət xidmətləri və müdafiə kimi sahələr üçün səsli köməkçilər, sənəd emalı sistemləri və süni intellekt agentləri hazırlayır.

Şirkətin nitq əsaslı süni intellekt sistemi gündəlik 2 milyondan çox qarşılıqlı əlaqəni emal edir. API infrastrukturu hər gün təxminən 10 milyon sorğuya xidmət göstərir. Səs tanıma modelləri ayda 500 min saatdan artıq audio məlumatı mətnə çevirir. Bundan əlavə, şirkətin sənəd emalı sistemləri 35 milyondan çox səhifənin rəqəmsallaşdırılmasında istifadə olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır

16.06.2026

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16.06.2026
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.06.2026

Məzənnə

Yüklənir...