Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

Redaktor

16.06.2026 21:11
33

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

Şri-Lanka regionda kibermərcə və dələduzluq mərkəzlərinə çevrilmə təhlükəsi ilə üzləşib. İlin əvvəlindən etibarən ölkə hakimiyyəti kiberdələduzluğa qarşı mübarizə çərçivəsində ondan çox reyd keçirib, bu fəaliyyətlə əlaqəli təxminən 700 xarici vətəndaşı saxlayıb və deportasiya edib.

Valyuta.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Nəşrin məlumatına görə, Myanma və Kambocada bir neçə fırıldaqçı çağrı mərkəzinin dağıdılmasından sonra cinayətkar şəbəkələr Şri-Lankaya köçməyə başlayıb. Burada turist vizası asan əldə olunur, SİM kartlara və internetə ciddi məhdudiyyətlər yoxdur, həmçinin ucuz ofis sahələri geniş şəkildə kirayəyə verilir.

“The Guardian” jurnalistləri Kolomboda keçirilən son polis əməliyyatını işıqlandırmağa icazə alıblar. Əməliyyat zamanı 18 Çin vətəndaşı və 1 Laos vətəndaşı saxlanılıb. Onların istifadə etdiyi ofisdə onlarla saxta sənəd, o cümlədən ABŞ Xəzinədarlığı tərəfindən guya verilmiş sənədlər, 62 pasport, noutbuklar, smartfonlar və möhürlər aşkar edilib.

Polisin məlumatına görə, bu çağrı mərkəzinin arxasında Çin cinayət sindikatlarından biri dayanır. Şəbəkə ABŞ vətəndaşlarını mövcud olmayan bir şirkətə investisiya yatırmağa inandıraraq aldatmağa çalışıb. ABŞ rəqəmlərinə əsasən, 2024-cü ildə Cənub-Şərqi Asiyada fəaliyyət göstərən belə mərkəzlər nəticəsində amerikalılar 10 milyard dollardan çox ziyana düşüblər.

Kolombodakı Çin səfirliyi isə öz vətəndaşlarının bu cür çağrı mərkəzlərində iştirak etdiyini təsdiqləyib və Şri-Lanka hökumətinə cinayətkarlığa qarşı mübarizədə tam dəstək verdiyini bildirib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

16.06.2026

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır

16.06.2026

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16.06.2026

Məzənnə

Yüklənir...