İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

Redaktor

16.06.2026 14:18
62

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Valyuta.az xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.

İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Nazirlər Kabineti ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, 2027–2031-ci illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) siyahısı;

- bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi;

- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası;

İqtisadiyyat Nazirliyi həmçinin fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac əməliyyatlarına münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-nə qədər qüvvədədir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

16.06.2026

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır

16.06.2026

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16.06.2026

Məzənnə

Yüklənir...