Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

Redaktor

16.06.2026 21:53
30

Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

Rəqəmsal izlərin təhlilinə əsaslanan ADINT metodunun ortaya çıxması klassik kibercasusluq anlayışında ciddi dəyişiklik yaradıb. Çünki bu texnologiya cihazları və ya proqram təminatını sındırmadan insanları izləməyə imkan verir. 

Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Xidmətləri üzrə Milli Şurasının texnoloji hüquqpozmalarla mübarizə şurasının sədri və “İnternet-Rozısk” şirkətinin təsisçisi gazeta.ru-ya açıqlamasında bildirib.

Ekspert bu fikirləri “The Cradle” nəşrində dərc olunan və “Starlink” istifadəçilərinin izlənilməsi üçün nəzərdə tutulduğu iddia edilən İsrail mənşəli ADINT xidmətinə dair materialı şərh edərkən səsləndirib.

ADINT insanın davranış vərdişləri barədə məlumatların toplanması və təhlili metodudur. Bu məlumatlar əsasən smartfonlar tərəfindən reklam platformaları üçün yaradılır. Hərçənd həmin məlumatlar anonim şəkildə toplanır, uzunmüddətli və dərin təhlil nəticəsində konkret şəxsin kimliyini müəyyənləşdirmək mümkün olur.

Bu yolla insanın yaşı, cinsi, yaşayış və iş yeri, peşəsi, şəxsi münasibətləri, istifadə etdiyi avtomobil və digər xüsusiyyətləri barədə nəticələr çıxarmaq mümkündür. ADINT texnologiyası məhz bu cür ayrı-ayrı anonim məlumat parçaları arasında əlaqələr quraraq insanların müəyyən edilməsinə və izlənilməsinə yönəlib.

“Biz artıq siqnalın ələ keçirilməsinin əsas məqsəd olduğu köhnə kəşfiyyat modelinin tamamilə aradan qalxdığı dövrü yaşayırıq. İndi diqqət mesajın məzmununa deyil, onun kontekstinə yönəlib: kim, harada, hansı cihazdan, hansı vaxtda və kimin yaxınlığında internetə qoşulub”, deyə ekspert bildirib.

Bedərovun sözlərinə görə, İsrailin “TargetTeam” şirkətinin hazırladığı və 2026-cı ilin mayında Vyanada potensial müştərilər üçün qapalı təqdimatda nümayiş etdirilən “Stargetz” xidməti yeni olsa da, çox güman ki, artıq xüsusi xidmət orqanları tərəfindən praktikada istifadə olunur.

Ekspert hesab edir ki, “Stargetz” əvvəlcədən xüsusi sifariş əsasında hazırlanıb. Onun fikrincə, bu cür sistemlərin yaradılması o qədər bahalıdır ki, onları yalnız təqdimat məqsədilə hazırlamaq iqtisadi baxımdan məqsədəuyğun deyil.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib

16.06.2026

"Fox" 22 milyard dollara şirkət satın alır

16.06.2026

Ekspert: Yeni ADINT izləmə metodu kibercasusluq sahəsini köklü şəkildə dəyişir

16.06.2026

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Məzənnə

Yüklənir...