Redaktor
Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
“Facemark” və “FutureBright” Şirkətlər Qrupunun şirkətlərinin birgə təşkilatçılığı ilə 23 iyun tarixində “The Ritz-Carlton”da keçiriləcək “Biznes Liderləri Zirvəsi” biznes dünyasının aparıcı nümayəndələrini, sahibkarları, rəhbərləri və müxtəlif sahələr üzrə peşəkarları bir araya gətirəcək.
“Qarada Qırmızı” konsept mesajı ilə təşkil olunan zirvə müasir biznes mühitində liderliyin, strateji düşüncənin və dəyişən qlobal tendensiyalara uyğunlaşmanın əhəmiyyətini ön plana çıxaracaq. 300-dən çox iştirakçının qatılacağı zirvə biznes, liderlik, innovasiya və gələcəyin idarəetmə yanaşmaları ətrafında fikir mübadiləsi, yeni əməkdaşlıqlar və inkişaf imkanları üçün önəmli platforma olacaq.
Zirvənin akademik sponsorları “Sabancı University” və “Sabancı University Executive Development Unit” (EDU), dəstəkçisi isə “Markup Agency”sidir. Akademik tərəfdaşlıq çərçivəsində tədbirdə liderlik, idarəetmə və müasir biznes yanaşmalarına dair beynəlxalq təcrübələrin paylaşılması nəzərdə tutulur.
Biznes Liderləri Zirvəsinin spikerləri arasında öz sahələrinin tanınmış ekspertləri yer alır.
Qlobal Siyasət Forumunun Akademik Koordinatoru və Özyeğin Universitetində Beynəlxalq Münasibətlər üzrə mühazirəçi Prof. Dr. Evren Balta tədbirdə “Yeni xəritələr, yeni qaydalar: Liderin geosiyasi kompası” mövzusu ilə çıxış edəcək. O, dəyişən qlobal siyasi və iqtisadi mühitdə liderlərin qarşılaşdığı çağırışlar və qərarvermə prosesində geosiyasi amillərin rolu barədə fikirlərini bölüşəcək.
Harvard Business Review Türkiyənin Baş redaktoru Serdar Turan “Dəyişən dünyada strateji liderlik” mövzusunda çıxışı ilə iştirakçılarla görüşəcək. Çıxış zamanı qeyri-müəyyənliklərin artdığı dövrdə liderlərin necə düşünməli, qərar verməli və təşkilatlarını gələcəyə hazırlamalı olduqları müzakirə olunacaq.
Universum Türkiyə Lideri və Evrim Kuran Consulting şirkətinin təsisçisi Evrim Kuran “Yeni nəsil liderlik” mövzusu ilə zirvəyə qatılacaq. O, yeni nəslin iş dünyasından gözləntiləri, liderlik yanaşmalarında baş verən dəyişikliklər və gələcəyin liderlik modelləri haqqında dəyərli təcrübələrini paylaşacaq.
Süni intellekt və marketinq transformasiyası üzrə ekspert Yüce Zerey isə “Süni intellektlə uyğunlaşmanın hansı mərhələsindəsiniz?” mövzusunda çıxış edəcək. Təqdimat çərçivəsində süni intellektin biznes proseslərinə təsiri, transformasiya mərhələləri və liderlərin bu dəyişikliklərə necə hazırlaşmalı olduqları barədə mühüm məqamlara toxunulacaq.
“FutureBright” Şirkətlər Qrupunun təsisçisi Akan Abdula zirvədə “Süni intellekt və texnologiyanın biznesə təsiri” mövzusunda çıxış edəcək. O, texnologiyanın sürətlə dəyişdirdiyi biznes mühitində şirkətlərin qarşısında açılan yeni imkanlar, innovasiya strategiyaları və süni intellektin təşkilatların gələcəyinə təsiri barədə öz baxışlarını iştirakçılarla bölüşəcək.
Sabancı Universitetinin Sənət və Sosial Elmlər Fakültəsinin müəllimi, eyni zamanda Universitetin Təməl İnkişaf Proqramının direktoru Dr. Emre Erol isə qlobal dəyişikliklərin cəmiyyətlərə, təşkilatlara və liderlik yanaşmalarına təsiri ilə bağlı fikirlərini iştirakçılarla paylaşacaq. Akademik və praktik təcrübəsini bir araya gətirən çıxışı çərçivəsində o, dəyişən dünyanın yaratdığı yeni reallıqlar və liderlərin bu transformasiyaya uyğunlaşma yollarından bəhs edəcək.
“FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva Biznes Liderləri Zirvəsinin moderatoru olaraq tədbirdə yer alacaq. O, panel müzakirələrinin idarə olunmasını həyata keçirərək spikerlər və iştirakçılar arasında məhsuldar fikir mübadiləsinin qurulmasına töhfə verəcək.
Biznes Liderləri Zirvəsi iştirakçılara qlobal trendləri daha yaxından anlamaq, yeni baxış bucaqları qazanmaq və gələcəyin liderlik yanaşmaları ilə tanış olmaq imkanı yaradacaq. Zirvədə iştirakla bağlı biletləri əldə etmək istəyən şəxslər blz.az saytına daxil olaraq əldə edə bilərlər.
Dəyişən biznes dünyasını daha yaxından anlamaq, yeni imkanlar yaratmaq və gələcəyin liderləri ilə eyni platformada olmaq üçün siz də Biznes Liderləri Zirvəsində yerinizi alın.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir
16.06.2026Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?
16.06.2026Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?
16.06.2026Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
16.06.2026“Sarvam” 234 milyon dollar investisiya alıb
16.06.2026Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"
16.06.2026Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
16.06.2026Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®
16.06.2026Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi
16.06.2026AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®
16.06.2026Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?
16.06.2026Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə
16.06.2026Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb
16.06.2026Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"
16.06.2026"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib
16.06.2026Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
16.06.2026Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib
16.06.2026Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır
16.06.2026İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək
16.06.2026