Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

Redaktor

16.06.2026 15:51
40

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

"Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində sahibkarlar 240 milyon manat investisiya yatırıblar".

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət proqramı çərçivəsində keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu günə kimi dövlət başçısının çağırışına qoşulan sahibkarlar proqram çərçivəsində müxtəlif layihələrə ümumilikdə 240 milyon manat investisiya yatırıblar:

"Qoyulan investisiyalar kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsal və emal imkanlarının genişləndirilməsinə, yeni müəssisələrin yaradılmasına və məşğulluğun artırılmasına xidmət edir. Dövlət Proqramının əsas məqsədlərindən biri ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması və ixrac potensialının genişləndirilməsidir. Dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində qarşıdakı illərdə aqrar sahədə daha böyük nəticələrin əldə olunacağı gözlənilir".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır

16.06.2026

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16.06.2026
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.06.2026

Məzənnə

Yüklənir...