Redaktor
Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
Mərkəzi Bank “Global İnnovations” və “United Payment” MMC-lər ilə bağlı nəzarət tədbirləri həyata keçirib.
Valyuta.az xəbər verir ki, “Global İnnovations” tərəfindən “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də digər normativ tələblərin pozulması halları aşkarlanıb.
Bununla əlaqədar olaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən şirkətə pozuntuların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstəriş verilib.
“United Payment” MMC-də isə aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları müəyyən edilib.
“Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi göstərişlər verilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi
23.06.2026Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma
23.06.2026Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb
23.06.2026Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®
23.06.2026İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi
23.06.2026Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
23.06.2026“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu
23.06.2026Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət
23.06.2026"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI
23.06.2026Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq
23.06.2026