İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

Redaktor

20.06.2026 12:20
100

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

İstər ofisdə, istərsə də uzaqdan iş formatında çalışın, sağlam iş vərdişləri bəzən ən məhsuldar əməkdaşları belə tərk edə bilir. Təəssüf ki, pis vərdişlər heç vaxt iş həyatına fayda vermir və hətta əməkdaşların vəzifəsinin aşağı salınmasına, işdən müvəqqəti uzaqlaşdırılmasına və ya işdən çıxarılmasına səbəb ola bilər.

Performansa mənfi təsir göstərən və dərhal dayandırılması vacib olan 5 pis iş vərdişi bunlardır:

Son tarixlərə əməl etməmək

Bəzən əməkdaşların müəyyən tapşırıqları vaxtında təhvil verə bilməməsi başa düşüləndir. Lakin son tarixlərin mütəmadi şəkildə qaçırılması artıq pis vərdiş hesab olunur. Əslində, nə qədər çox son tarix qaçırılırsa, əməkdaşın şirkətdən uzaqlaşdırılması ehtimalı da bir o qədər artır. Bu xüsusilə sıx qrafiklə işləyən və hər gün minlərlə müştəriyə xidmət göstərən şirkətlər üçün aktualdır.

Əgər son tarixləri qaçırmaq niyyətiniz olmasa da, tapşırıqları vaxtında tamamlamırsınızsa, bu da düzəldilməsi vacib olan bir vərdişdir. Bunun həlli yollarından biri gün və ya həftə ərzində yerinə yetirməli olduğunuz bütün tapşırıqlar üçün plan hazırlamaqdır. Bu, vacib və təcili işlərə diqqət ayırmağa kömək edəcək.

Digər həll yolu isə tam diqqət və fokusla işləməkdir. Vaxtınızı və enerjinizi qarşıdakı son tarixlərə yönəltdikdə qısa müddət ərzində nə qədər çox iş görə bildiyinizə təəccüblənə bilərsiniz.

Daim şikayət etmək

Son tarixlərə əməl etməmək kimi, şikayət etmək də təşkilatda çalışan hər kəs üçün müəyyən qədər qaçılmazdır. Hətta şirkət rəhbərləri və icraçı direktorlar da zaman-zaman narazılıqlarını ifadə edirlər. Lakin şikayətçilik zəif iş etikası və pis iş münasibətləri ilə birləşdikdə, bu artıq ciddi problemə çevrilir.

İşəgötürənlər davamlı olaraq şikayət edən əməkdaşları işdən çıxarmaqda tərəddüd etmirlər. Çünki bu cür şəxslər şirkətə əhəmiyyətli fayda vermir və onların daimi narazılığı digər əməkdaşların motivasiyasını aşağı salır.

Şikayət etmək əvəzinə, narahatlıqlarınızı həll yollarına çevirməyə çalışın. Problemin əsas səbəbini müəyyənləşdirin və onun aradan qaldırılması üçün təkliflər hazırlayın. Məsələn, şirkətin təqdim etdiyi kompüterlərin yavaş işləməsi sizi narahat edirsə, sadəcə şikayət etmək əvəzinə onların yenilənməsini təklif edin və bunun məhsuldarlığa mənfi təsir etdiyini izah edin.

Məsələniz dərhal həll edilməsə belə, rəhbərliyi problemdən xəbərdar etmiş olursunuz və sonradan məsələni xatırlatmaq daha asan olur.

Sosial şəbəkələrdən asılı olmaq

Sosial şəbəkə asılılığı real problemdir və bu, xüsusilə tam ştatlı çalışan mütəxəssislər arasında geniş yayılıb. Sosial media bir çox insan üçün istirahət və ya gündəlik stressdən uzaqlaşma vasitəsi olsa da, iş həyatını tamamilə nəzarət altına aldıqda problemə çevrilir.

Bir neçə dəqiqədən bir bildirişləri yoxlamaq və ya kompüterdə sosial şəbəkə səhifələrini açıq saxlamaq ciddi diqqət yayındırıcı amillərdir. Bu vərdiş vaxtında nəzarət altına alınmasa, bütün karyera boyunca davam edə və daha böyük problemlərə səbəb ola bilər.

Sosial media həyatımızın ayrılmaz hissəsidir, lakin bu, iş vaxtı ərzində ona daim bağlı qalmaq demək deyil. Bir çox işəgötürən iş saatlarında sosial şəbəkələrdən və elektron cihazlardan istifadə ilə bağlı ciddi qaydalar tətbiq edir. Əgər şirkətinizdə belə qaydalar yoxdursa, özünüz məsuliyyətli davranmalı və özünüzü nəzarətdə saxlamalısınız.

Tapşırıq yerinə yetirərkən cihazlarınızı kənarda saxlayın və kompüterinizdə sosial şəbəkə səhifələrini açmamağa çalışın. Unutmayın ki, iş saatlarından sonra "Facebook"da paylaşım etmək və ya "Instagram"da şəkilləri bəyənmək üçün kifayət qədər vaxtınız olacaq.

Tez əsəbiləşmək

Daim şikayət etmək ilə tez əsəbiləşmək müəyyən qədər oxşar görünsə də, aqressiv davranış tamamilə fərqli problemdir. Heç kim qəzəbini idarə etməkdə çətinlik çəkən insanlarla işləmək istəmir. Bu, istər eyni şöbədə çalışan əməkdaş, istərsə də bütün təşkilata rəhbərlik edən şəxs olsun.

Belə insanlar gözlənilməz davranışları ilə seçilir və günün istənilən anında əsəbiləşə bilərlər. Bu isə yalnız onların deyil, ətrafdakılarının da məhsuldarlığına mənfi təsir göstərir. Bundan əlavə, digər əməkdaşlara psixoloji və hətta fiziki zərər vuraraq işdən ayrılmalarına səbəb ola bilərlər.

Əgər səbirli insansınızsa, bu problem sizin üçün aktual olmaya bilər. Lakin bəzən emosiyalarınıza nəzarət etməkdə çətinlik çəkirsinizsə, özünüzü idarə etməyə çalışın. İş həyatında problemlər daim mövcuddur və onları müsbət düşüncə, təmkin və peşəkarlıqla həll etmək lazımdır.

Əgər problem çətin xarakterli həmkarla bağlıdırsa, qarşıdurmadan uzaq durmaq və onu mümkün qədər görməzlikdən gəlmək daha məqsədəuyğundur. Emosiyalarınıza nəzarət edə bilməyəcəyinizi hiss etdiyiniz hallarda isə dərhal şirkətin insan resursları şöbəsinə müraciət edin.

Gigiyenaya riayət etməmək

Əksər təşkilatların əməkdaşlardan gündəlik gigiyena qaydalarına əməl etmələrini tələb etməsinin səbəbi var. Hətta yalnız bir nəfərin mütəmadi çimməməsi və ya iş geyimlərini nadir hallarda dəyişməsi həm həmin şəxsin kollektivdən təcrid olunmasına, həm də şirkətin nüfuzuna mənfi təsir göstərə bilər.

Təsəvvür edin ki, gigiyena qaydalarına əməl etməyən əməkdaş potensial müştəri ilə görüş keçirir. O, bütün lazımi bacarıqlara malik olsa belə, səliqəsiz görünüşü səbəbindən müştərinin əməkdaşlıqdan imtina etməsi ehtimalı yüksəkdir.

Şəxsi gigiyena iş yerində və işdən kənarda peşəkarlığın qorunmasında mühüm rol oynayır. Bu, yalnız səliqəli görünmək deyil, həm də sağlamlığın qorunması deməkdir. Gigiyenaya əməl etməyən insanlar vəba, ishal, dizenteriya, hepatit A və tif kimi bir çox xəstəliklərə daha həssas olurlar.

Bundan əlavə, əksər əməkdaşlar gigiyena qaydalarına əməl etməyən şəxslərlə eyni mühitdə işləmək istəmir. Bu isə həmin şəxsin motivasiyasının və məhsuldarlığının azalmasına səbəb olur.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb

20.06.2026

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

20.06.2026

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

20.06.2026

Azərbaycan nefti bahalaşıb

20.06.2026

Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor

20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

20.06.2026

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

19.06.2026

Varlı olmağın üstünlükləri və mənfi cəhətləri

19.06.2026

Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı

19.06.2026

Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu

19.06.2026

Dünya şöhrətli şirkətlərin ilk məhsulları

19.06.2026

Dünyanın ən yaxşı kompakt elektromobləri seçildi - TOP 10

19.06.2026

Avropa İttifaqının ən ucuz və ən bahalı ölkələri - SİYAHI

19.06.2026

Professorun startapı hüceyrələrin qocalmasına qarşı preparatı sınaqdan keçirəcək

19.06.2026

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

19.06.2026

Maliyyə planı hazırlayarkən bir çoxlarının gözdən qaçırdığı vacib addım

19.06.2026

Vençur fondlarının ən çox diqqətini çəkən 10 startap

19.06.2026
Bill Akkman satdı, Uorren Baffet isə payını üç dəfə artırdı

Bill Akkman satdı, Uorren Baffet isə payını üç dəfə artırdı

19.06.2026

Maliyyə və investisiyaları anlamaq üçün izlənilməli 9 film

19.06.2026

“SpaceX” birjaya 20 milyard dollarlıq əlavə istiqraz buraxacaq

19.06.2026

Məzənnə

Yüklənir...