“Groq” startapı 650 milyon dollar investisiya aldı

Redaktor

23.06.2026 17:00
34

“Groq” startapı 650 milyon dollar investisiya aldı

“Groq” 650 milyon dollar həcmində yeni investisiya əldə edib. ABŞ mərkəzli şirkətin investisiya raunduna “Disruptive” və “Infinitum” birgə rəhbərlik edib.

Valyuta.az xəbər verir ki, süni intellekt çip startapı olan “Groq”un ötən ilin sentyabrında 6,9 milyard dollar dəyərləndirmə ilə 750 milyon dollar investisiya cəlb etdiyi bildirilmişdi.

Şirkət bildirib ki, cəlb olunan vəsait süni intellekt üzrə inferens (inference) bulud xidmətlərinin genişləndirilməsinə, məlumat mərkəzlərinin tutumunun artırılmasına və yeni mütəxəssislərin işə cəlb edilməsinə yönəldiləcək.

Şirkət “Google”un maşın öyrənməsi üçün hazırladığı TPU çiplərinin yaradılmasında iştirak etmiş mühəndislərdən biri olan Conatan Ross (Jonathan Ross) tərəfindən təsis edilib. “Groq” süni intellekt modellərinin, xüsusilə də inferens mərhələsinin sürətləndirilməsi üçün həm aparat, həm də proqram təminatı infrastrukturu hazırlayır.

Başqa sözlə, şirkət süni intellekt modeli təlim prosesini tamamladıqdan sonra istifadəçilərin sorğularına sürətli və aşağı gecikmə ilə cavab verilməsini təmin edən sistemlər yaradır. Şirkətin əsas məhsulu “Language Processing Unit” (LPU) adlanan xüsusi süni intellekt prosessorlarıdır.

Bu çiplər GPU-lara alternativ olaraq hazırlanıb və xüsusilə böyük dil modellərinin daha səmərəli və sürətli işləməsini hədəfləyir. “Groq” bu avadanlığı birbaşa satmaq əvəzinə, əsasən öz bulud platforması vasitəsilə təqdim edir. Son illərdə şirkət yalnız çip istehsalçısı olmaqdan çıxaraq, süni intellekt yönümlü bulud infrastrukturu təmin edən neobulud (neocloud) şirkətinə çevrilib.

Şirkət məlumat mərkəzləri vasitəsilə tərtibatçılara və müəssisələrə süni intellekt hesablama gücü təqdim edir. Bu, istifadəçilərə öz modellərini işlətmək imkanı yaradır. “Groq” həmçinin API-lər vasitəsilə generativ süni intellekt tətbiqlərinin hazırlanmasına şərait yaradır və yüksək həcmdə token emalı imkanları təqdim edir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX" süni intellekt startapı ilə 6,3 milyard dollarlıq müqavilə bağladı

23.06.2026

Dünyanın milyarder xəritəsi: Varlılar hansı şəhərlərdə yaşayır?

23.06.2026

Prezident onları təltif etdi - Siyahı

23.06.2026

“Groq” startapı 650 milyon dollar investisiya aldı

23.06.2026

12 il "Dünya Bankı"nda işləyən azərbaycanlıya Maliyyə Nazirliyində yüksək vəzifə verildi

23.06.2026

Startapınızı pulsuz tanıtmaq üçün 15 platforma

23.06.2026

Mərkəzi Bank “Global İnnovations” və “United Payment”də pozuntular aşkarlayıb

23.06.2026

Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş ®

23.06.2026

İpoteka və Kredit Zəmanət Fondu yeni tender elan etdi

23.06.2026

Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır

23.06.2026

“Banco Santander” süni intellekt agentləri üçün ödəniş sistemi qurdu

23.06.2026

Rəhbərinizin sizi manipulyasiya etdiyini göstərən 10 əsas əlamət

23.06.2026

"Apple"ın 2026-2027-ci illərdə təqdim edəcəyi 20 yeni cihaz - TAM SİYAHI

23.06.2026

Z nəsli karyeraya daha üstün başlayır: Gəlirlərdə gözlənilməz fərq

23.06.2026
"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

"Dünya ciddi qeyri-müəyyənlik dövründən keçir" 

23.06.2026

Sabah Bakıda və rayonlarda yağış yağacaq

23.06.2026

Üç məktəb dostunun qurduğu startap milyard dollarlıq şirkətə çevrildi

23.06.2026

"Süni intellekt insanı əvəz etmir, onu daha yaradıcı edir" 

23.06.2026

Özbəkistan və Azərbaycan investisiya dəhlizini gücləndirir: birgə layihələrə 10 milyard dollar ayrılacaq

23.06.2026

KOBİA sədri: "Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır" 

23.06.2026

Məzənnə

Yüklənir...