Redaktor
"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance"ın Avropa İttifaqının "Kripto Aktivlər Bazarları Tənzimləməsi" (MiCA) çərçivəsində Yunanıstanda etdiyi lisenziya müraciəti rədd edilib.
Valyuta.az xəbər verir ki, şirkət məsələ ilə bağlı açıqlamasında müraciətin rədd edildiyini birbaşa təsdiqləməsə də, **yeni lisenziya müraciəti təqdim edəcəyini** bildirib.
Binance-in MiCA qaydalarına uyğun şəkildə Avropa bazarında fəaliyyətini davam etdirməsi üçün **1 iyul** tarixinədək vaxtı var. Bu müddət ərzində şirkət yeni müraciət etməyi planlaşdırır. Binance nümayəndəsi şirkətin Avropa bazarında fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb.
Məlumata görə, **Yunanıstan, İrlandiya və Latviya** tənzimləyici qurumları Binance-ə lisenziya verilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bildirilir ki, əsas narahatlıqlar şirkətin keçmişdə üzləşdiyi tənzimləmə problemləri, korporativ idarəetmə strukturu və risk profili ilə əlaqədardır.
Qeyd edək ki, ötən həftə **Reuters** agentliyi Yunanıstanın maliyyə tənzimləyicisinin Binance-in MiCA lisenziyası müraciətini təsdiqləməyəcəyini yazmışdı. Son qərar həmin iddiaları təsdiqləmiş oldu.
Sırvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
25.06.2026ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
25.06.2026"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
25.06.2026Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir
25.06.2026“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb
25.06.2026Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət
25.06.2026Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib
25.06.2026"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"
25.06.2026İlham Əliyev onları təltif etdi
25.06.2026Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?
25.06.2026Kredit faizləri banklara nə qədər qazandırıb?
25.06.2026Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026