Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

Redaktor

25.06.2026 18:00
27

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

Dubayda müasir dövrün ən iddialı infrastruktur layihələrindən biri həyata keçirilir. Söhbət tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanına çevriləcək "Al Maktoum International Airport" beynəlxalq aeroportundan gedir.

Valyuta.az "Daily Mail"a istinadən xəbər verir ki, meqalayihənin dəyəri 23,6 milyard funt sterlinqdən (30 milyard dollardan çox) artıq qiymətləndirilir. Əmirliyin hakimiyyəti artıq tikintinin ilk mərhələsinin plan üzrə irəlilədiyini təsdiqləyib.

Ötən həftə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə səfərlərdən çəkinmək tövsiyəsini ləğv edib. Bu səbəbdən Dubay yenidən bir çox turist üçün cəlbedici istirahət istiqamətinə çevrilib.

Planetin ən böyük hava limanı

Yeni nəqliyyat qovşağı 70 kvadrat kilometr ərazini əhatə edəcək və planlara əsasən 2032-ci ildə istifadəyə veriləcək.

Tikintinin bütün mərhələləri tamamlandıqdan sonra hava limanı ildə 260 milyon sərnişinə xidmət göstərə biləcək. Bu göstərici onu sərnişin axınına görə dünyanın ən böyük aeroportuna çevirəcək.

Sərnişin sayının çox olmasına baxmayaraq, layihə müəllifləri növbələrin demək olar ki, tamamilə aradan qaldırılacağını vəd edirlər.

"İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"

"Traction Fund" Vençur Fondunun (ABŞ) təsisçisi və investisiya direktoru Ülvi Rəşidin Bakıdakı seminarına qoşulmaq istəyirsiniz? Əlavə məlumat üçün BURA BAX.

"Khaleej Times" nəşrinin məlumatına görə, terminallar və minik zonaları arasında avtomatlaşdırılmış pilotsuz qatarlar hərəkət edəcək.

Bundan əlavə, qeydiyyat prosesi də köklü şəkildə dəyişə bilər. Sərnişinlər baqajlarını terminala çatmazdan əvvəl təhvil verə, qeydiyyatdan isə ənənəvi qaydada aeroportda deyil, ora gedən yolda keçə biləcəklər.

"Dubai Airports" şirkətinin baş icraçı direktoru Pol Qriffits yeni konsepsiyanı belə izah edib:

“İdeya ondan ibarətdir ki, sərnişin aeroporta gəldikdən sonra mümkün qədər qısa və rahat marşrutla hərəkət etsin. Pasport nəzarəti, qeydiyyat, təhlükəsizlik yoxlamaları və ya gömrük prosedurları üçün dayanmağa ehtiyac olmayacaq. Biz sərnişinlərə özlərinin qərar verməsini istəyirik: mağazaya baş çəksinlər, restoranda nahar etsinlər və ya istirahət zonasından istifadə etsinlər”.

Beləliklə, hava limanında hərəkət prosesi maksimum dərəcədə fasiləsiz və rahat olacaq.

Yeni hava limanı mövcud aeroportu əvəz edəcək

Gələcəkdə hazırda ildə təxminən 90 milyon sərnişinə xidmət göstərən "Dubai International Airport"un bütün əməliyyatlarının mərhələli şəkildə "Al Maktoum" kompleksinə köçürülməsi nəzərdə tutulur.

Yayımlanan vizual layihələr futuristik memarlığı nümayiş etdirir. Kompleks ağ rəngli fasadlar, geniş yaşıllıq sahələri və müasir dizayn elementləri ilə seçilir.

Daxili məkanlarda palma ağacları, landşaft bağları və geniş ağ tağ konstruksiyaları nəzərdə tutulub.

"Dubai Airports"un sədri Şeyx Əhməd bin Səid Əl Məktum bu tikintini Dubayın iqtisadi gələcəyini müəyyənləşdirəcək ən mühüm strateji layihələrdən biri adlandırıb.

Onun sözlərinə görə, layihə rəhbərliyin dünya səviyyəli infrastruktura investisiya yatırmaqla bağlı uzunmüddətli baxışını əks etdirir və səyahət, ticarət, logistika sahələrində sürətli inkişafı təmin etməyə xidmət edir.

Şeyx bildirib ki, layihə artıq genişmiqyaslı tikinti mərhələsinə keçib və aviasiya sektorunun iqtisadi artıma töhfəsini gələcək onilliklər ərzində daha da gücləndirəcək.

Son 15 ay ərzində layihənin icrasına 10 milyondan çox insan-saat sərf olunub.

Hazırda tikinti meydançasında təxminən 9 min nəfər çalışır. İşlərin pik mərhələsində isə bu rəqəmin 120 min nəfərə çatacağı gözlənilir.

Yük daşımalarında da rekord göstəricilər

Tikinti başa çatdıqdan sonra yeni hava limanından hər il 12 milyon tona qədər aviayük daşınacaq.

"Al Maktoum International Airport" haqqında nə məlumdur?

Hava limanı "Dubai South" bölgəsində yerləşir. Kompleks ilk dəfə 2010-cu ildə yük reysləri üçün istifadəyə verilib, sərnişin daşımalarına isə 2013-cü ildə başlayıb.

Genişləndirmə işləri tamamlandıqdan sonra hava limanında beş paralel uçuş-enmə zolağı və 400 minik qapısı fəaliyyət göstərəcək.

Aeroporta Dubay metrosu və avtobuslarla çatmaq mümkün olacaq. Ətraf ərazidə artıq çoxsaylı hotellər fəaliyyət göstərir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta" milyardlarla dollar qənaət etmək üçün moderatorları süni intellektlə əvəz edəcək

25.06.2026

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

25.06.2026

“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb

25.06.2026

Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət

25.06.2026

Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib

25.06.2026

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

25.06.2026

İlham Əliyev onları təltif etdi

25.06.2026

Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?

25.06.2026

Kredit faizləri banklara nə qədər qazandırıb?

25.06.2026

Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

25.06.2026

Dövlət və özəl banklara kredit qoyuluşu artıb

25.06.2026

“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib

25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

25.06.2026

"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi

25.06.2026

Sabah hava necə olacaq?

25.06.2026

Elmlərin ən işlək küçəsində hazır restoran icarəyə verilir

25.06.2026

"Volkswagen"dən 7.4 milyard avroluq satış

25.06.2026

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®

25.06.2026

"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"

25.06.2026
Azərbaycandakı bankların qaynar xətt nömrələri

Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı

25.06.2026

Məzənnə

Yüklənir...