Redaktor
ABŞ-da 200 milyonluq investisiya qərarları verən azərbaycanlı Bakıda startaplara seminar verəcək
Bakıda startaplar və sahibkarlar üçün "İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?" adlı seminar keçiriləcək.
Valyuta.az-ın təşkilatçılığı ilə baş tutacaq tədbirin qonağı ABŞ-da fəaliyyət göstərən "Traction Fund" vençur fondunun təsisçisi və investisiya direktoru Ülvi Rəşid olacaq.
Seminarda startapların investisiya cəlbi prosesində qarşılaşdığı çətinliklər, investorların diqqət yetirdiyi əsas meyarlar, uğurlu pitch hazırlığı və inkişaf strategiyaları müzakirə ediləcək.
Tədbir interaktiv formatda keçiriləcək və iştirakçılar suallarını birbaşa səsləndirə biləcəklər.
Ülvi Rəşid 10 ilə yaxındır ABŞ-da vençur investisiyaları sahəsində fəaliyyət göstərir. O, Unicorn Battle beynəlxalq startap yarışının münsifidir və “Alchemist Accelerator”a qəbul olunan “Armeta AI” və “Cybernet AI” kimi regional startaplara dəstək verib.
Azərbaycanla bağlı fəaliyyətinə gəlincə, o, eyni zamanda ABŞ startaplarına regionda investor tapmağa köməklik edir. Azərbaycan şirkətlərini isə ABŞ-dakı texnoloji startaplarla əlaqəsinə dəstək olur.
“Traction Fund” böyümə mərhələsində olan startaplara yatırım edir. Bu günədək 21 şirkətə ümumilikdə 211 milyon dollar investisiya yatırıb və portfelində SpaceX, Kraken və Figure Technologies kimi tanınmış şirkətlər yer alır.
Tarix: 3 iyul 19:00
Məkan: SABAH.HUB
Müddət: 2 saat
Bilet qiyməti: Simvolik ödəniş 50 AZN
Qeyd: Startapı olan ilk qeydiyyatdan keçən 10 bakalavr tələbəsi üçün iştirak ödənişsiz olacaq.
İştirak etmək üçün bu linkdən qeydiyyatdan keçmək lazımdır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUğurlu biznes sahibi olmağın 5 yolu
22.06.2026Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
22.06.2026Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
22.06.2026Xəstə xidmətlərini avtomatlaşdıran startap 30 milyon dollar investisiya cəlb edib
22.06.2026Hansı bürclər biznesdə daha uğurludur?
22.06.2026SOCAR və EPS yaxın həftələrdə Nişdəki elektrik stansiyası üzrə səhmdar sazişi imzalayacaq
22.06.2026Daşınmaz əmlaka yatırımlar milyonçu olmağın açarıdır?
22.06.2026Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir ®
22.06.2026"Tencent"dən yeni AI addımı: "WeChat"də "Xiaowei" köməkçisi sınaqdan keçirilir
22.06.2026
Obyekt sahibi bank kreditinə görə yaranan cəriməni icarəçidən tələb edə bilərmi?
22.06.20264 ayda avtomobil sığortası üzrə edilən ödənişlər və yığımlar - CƏDVƏL
22.06.202645 dəfə rədd edilən startap bu gün uğur hekayəsidir
22.06.2026"Rolex" və "Patek Philippe" saatları kolleksiyaçılar üçün sərfəli investisiyaya çevrilib
22.06.2026Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
22.06.2026