Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Redaktor

25.06.2026 12:15
152

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi “Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.

Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib. Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.

Bir ekosisteminin yerli innovasiya laboratoriyası Future Lab-da təşkil olunan finalda münsiflərin qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib adını qazanaraq pul mükafatları ilə təltif olunublar. Birinci yerə “KəndYol” komandası (4000 AZN), ikinci yerə “AEVIC Esports” komandası (2000 AZN), üçüncü yerə isə “Booker” komandası (1000 AZN) layiq görülüb. 

İlk yerin qalibi olan “KəndYol” aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb. 

İkinci yerin sahibi “AEVIC Esports” gənclərin inkişafına və ölkədə esports (kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin aşılanmasını dəstəkləməkdir.

Son olaraq, “Booker” komandasının irəli sürdüyü layihə bilik və mütaliə resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti tərəfindən üçüncü yer ilə dəyərləndirilib.

Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri Bir ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar. Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta" milyardlarla dollar qənaət etmək üçün moderatorları süni intellektlə əvəz edəcək

25.06.2026

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

25.06.2026

“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb

25.06.2026

Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət

25.06.2026

Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib

25.06.2026

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

25.06.2026

İlham Əliyev onları təltif etdi

25.06.2026

Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?

25.06.2026

Kredit faizləri banklara nə qədər qazandırıb?

25.06.2026

Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

25.06.2026

Dövlət və özəl banklara kredit qoyuluşu artıb

25.06.2026

“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib

25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

25.06.2026

"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi

25.06.2026

Sabah hava necə olacaq?

25.06.2026

Elmlərin ən işlək küçəsində hazır restoran icarəyə verilir

25.06.2026

"Volkswagen"dən 7.4 milyard avroluq satış

25.06.2026

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®

25.06.2026

"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"

25.06.2026
Azərbaycandakı bankların qaynar xətt nömrələri

Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı

25.06.2026

Məzənnə

Yüklənir...