"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

Redaktor

25.06.2026 16:23
79

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

Süni intellekt və rəqəmsal alətlərin sürətli inkişafı startap qurmaq üçün tələb olunan maliyyə və resursları əhəmiyyətli dərəcədə azaldıb. 

Valyuta.az xəbər verir ki, mütəxəssislərə görə, bu dəyişiklik erkən mərhələdə biznes quran sahibkarların daha az vəsaitlə daha böyük nəticələr əldə etməsinə imkan yaradır.

Bu barədə Angel Investment Network (AIN) platformasının təsisçisi Mayk Lebus yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, əvvəllər elektron ticarət saytının qurulması, ödəniş sistemlərinin inteqrasiyası və logistika üçün çox vəsait tələb olunurdusa, bu gün logistika xidmətləri və digər rəqəmsal platformalar sayəsində bu proses çox aşağı xərclə həyata keçirilə bilir.

Lebus qeyd edir ki, artıq mobil tətbiqin ilkin versiyasını hazırlamaq üçün böyük proqramçı komandalarına ehtiyac qalmayıb. No-code platformaları və süni intellekt əsaslı həllər bu prosesi xeyli sadələşdirib. Brend dizaynı, marketinq kampaniyaları və investor təqdimatları da əvvəlkindən daha az xərc və vaxt tələb edir.

Məqalədə vurğulanır ki, süni intellekt müştəri dəstəyi, mətn yazılması, məlumatların təhlili, planlaşdırma, proqramlaşdırma və mühasibatlıq kimi bir çox işi avtomatlaşdırdığı üçün kiçik komandalar əvvəllər böyük kollektivlərin gördüyü işi görə bilir.

M.Lebusun fikrincə, bu gün investorlar üçün məhsuldan daha çox onu quran şəxs ön plana çıxır.

O qeyd edib ki, süni intellekt alətləri artıq hamı üçün əlçatan olduğundan, əsas üstünlüyü bazarı dərindən anlayan, düzgün qərarlar verən və innovativ düşünən sahibkarlar qazanır.

Sərvanə Rəmixanova

Seminar: "İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"
"Traction Fund" Vençur Fondunun (ABŞ) təsisçisi və investisiya direktoru Ülvi Rəşidin Bakıdakı seminarına qoşulmaq istəyirsiniz? Əlavə məlumat üçün BURA BAXIN.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta" milyardlarla dollar qənaət etmək üçün moderatorları süni intellektlə əvəz edəcək

25.06.2026

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

25.06.2026

“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb

25.06.2026

Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət

25.06.2026

Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib

25.06.2026

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

25.06.2026

İlham Əliyev onları təltif etdi

25.06.2026

Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?

25.06.2026

Kredit faizləri banklara nə qədər qazandırıb?

25.06.2026

Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

25.06.2026

Dövlət və özəl banklara kredit qoyuluşu artıb

25.06.2026

“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib

25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

25.06.2026

"Meta" mühəndislərə süni intellekt layihələrində seçim azadlığı verdi

25.06.2026

Sabah hava necə olacaq?

25.06.2026

Elmlərin ən işlək küçəsində hazır restoran icarəyə verilir

25.06.2026

"Volkswagen"dən 7.4 milyard avroluq satış

25.06.2026

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi ®

25.06.2026

"BlackRock" rəsmisi: "Bitcoin" üçün ən böyük rəqib süni intellektdir"

25.06.2026
Azərbaycandakı bankların qaynar xətt nömrələri

Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı

25.06.2026

Məzənnə

Yüklənir...