Redaktor
"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı
Əvvəllər "Apple"ın qiymət artımının qaçılmaz olduğunu bildirməsindən sonra analitiklər və media "iPhone 18 Pro"nun başlanğıc qiymətinin birdən-birə 300 dollar artacağını proqnozlaşdırırdı. Lakin indi "Apple"ın "iPhone 18 Pro" modellərinin qiymətini əvvəlki gözləntilərlə müqayisədə daha mülayim şəkildə artırmağa hazırlaşdığı bildirilir.
Valyuta.az xəbər verir ki, "JPMorgan" analitiklərinin məlumatına görə, yeni "iPhone" modelləri cəmi 50–100 dollar bahalaşa bilər.
Bundan əvvəl "Apple" yaddaş bazarındakı böhran səbəbindən bir sıra cihazlarının qiymətlərini artıracağını rəsmi şəkildə təsdiqləmişdi. Bundan sonra mediada "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin başlanğıc qiymətlərinin müvafiq olaraq 1399 və 1499 dollara yüksələcəyi ilə bağlı proqnozlar yayılmışdı.
Lakin "J.P. Morgan" belə ssenarini az ehtimallı hesab edir. Bankın qiymətləndirmələrinə əsasən, yeni Pro modelinin qiyməti 1200 dolları keçməyəcək. Şirkətin operativ yaddaş xərclərinin bir hissəsini öz istehsalı olan modemlərə keçid və istehsal xərclərini azaltmağa yönəlmiş digər tədbirlər hesabına kompensasiya edə biləcəyi qeyd olunur.
Analitiklər eyni zamanda ehtimal edirlər ki, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri əvvəlki nəslin başlanğıc qiymətlərini – müvafiq olaraq 1099 və 1199 dolları – qoruyub saxlaya bilər. Bunun üçün isə 512 GB və daha yüksək yaddaş tutumuna malik versiyaların qiymətlərinin artırılması nəzərdə tutula bilər. Beləliklə, baza modellər nisbətən əlçatan qalacaq, lakin daha təkmil versiyalar nəzərəçarpacaq dərəcədə bahalaşa bilər.
Yeni "iPhone" modellərinin təqdimatının ənənəyə uyğun olaraq sentyabr ayının ortalarında baş tutacağı gözlənilir. Əgər şayiələr təsdiqlənərsə, "Apple" buraxılış strategiyasını dəyişəcək və təqdimatları mərhələlərə böləcək. Belə ki, 2026-cı ilin payızında Pro modelləri və ilk qatlana bilən "iPhone" təqdim olunacaq, "iPhone 18" və "iPhone Air 2" isə 2027-ci ilin yazına qədər təxirə salınacaq.
Şayiələrə görə, "iPhone 18 Pro" Pro seriyasının tarixində ən ciddi kamera yeniləmələrindən birini təqdim edə bilər. Əsas yenilik dəyişən diafraqmalı kamera olacaq ki, bu da zəif işıq şəraitində çəkilən fotoların keyfiyyətini yaxşılaşdıracaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı
25.06.2026OpenAI ilk xüsusi süni intellekt çipini təqdim edib
25.06.2026Ağıllı saat satışları artır: "Samsung" üçün təhlükə siqnalı...
25.06.2026"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır
25.06.2026Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı
25.06.2026"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
25.06.2026ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
25.06.2026"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
25.06.2026Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir
25.06.2026“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb
25.06.2026Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət
25.06.2026Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib
25.06.2026"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"
25.06.2026İlham Əliyev onları təltif etdi
25.06.2026Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?
25.06.2026Kredit faizləri banklara nə qədər qazandırıb?
25.06.2026Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026