Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

Redaktor

30.06.2026 20:16
38

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

Dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan "Fidelity" kriptovalyuta bazarı ilə bağlı yeni təhlil yayımlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət analitikləri indiyədək "boğa" (yüksəliş) bazarını formalaşdıran əsas amilləri sadalasa da, onların eyni vaxtda baş verməsinin belə yeni yüksəliş dövrünə zəmanət vermədiyini bildiriblər.

İdarəçiliyində 5 trilyon dollardan çox aktiv olan "Fidelity"nin hesabatına görə, indiyədək kriptovalyuta bazarında yüksəlişi əsasən beş amil dəstəkləyib.

Bunlar "Bitcoin"in dördillik dövrü, kriptovalyuta dostu tənzimləmələr, ABŞ Mərkəzi Bankının (Fed) faiz endirimləri, yeni istifadə sahələrinin yaranması və institusional investorların bazara daxil olmasıdır.

Bununla belə, analitiklər qeyd edirlər ki, bu amillərin hər biri ayrı-ayrılıqda və ya eyni vaxtda reallaşsa belə, bazarda mütləq yeni yüksəliş mövsümünün başlayacağını söyləmək mümkün deyil.

Hesabatda vurğulanır ki, kriptovalyutaya investisiya qoymaq istəyən şəxslər bazardakı yüksək qeyri-müəyyənliyi də nəzərə almalıdırlar.

"Mövcud bazarın nə vaxt başa çatacağını, hətta ümumiyyətlə başa çatıb-çatmayacağını heç kim bilmir. Sadalanan amillər bazara təsir göstərə bilsə də, onların hansı nəticə verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bu amillər yeni yüksəliş dövrünə səbəb ola bilər, lakin eyni zamanda heç bir ciddi artımın yaşanmadığı bir ssenari də mümkündür. Qarşıdakı dövrün necə olacağını heç kim dəqiq deyə bilməz",-  deyə "Fidelity" analitikləri bildiriblər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Daşınmaz əmlakın icbari sığortasında 39 milyonluq geriləmə

30.06.2026

Oyun şirkətinin CEO-su 35 milyard dollarlıq mükafat paketindən niyə imtina etdi?

30.06.2026

Məzənnə

Yüklənir...