Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər

Redaktor

29.06.2026 10:36
123

Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər

Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının  Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən marifləndirici tədbirdə deyib.

Onun sözlərinə görə, AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq dövlət orqanlarına təqdim edib: "Bu, bizim üçün kifayət qədər mühüm nailiyyətdir. Çünki həmin sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni bir istiqamətdir.

Ümid edirik ki, hər şey plan üzrə gedərsə, ilin sonunadək ölkəmizdə kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsi təsdiqlənəcək. Bunun üçün mərkəzi bank tərəfindən çox aktiv işlər aparılır. Bununla bərabər növbəti dövr üzrə  rəqəmsallaşma üzrə indekslərin hazırlanması da planlaşdırılır".

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın birjaya çıxışı 2027-ci ilə qədər təxirə düşə bilər

29.06.2026

ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

29.06.2026

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29.06.2026

Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb

29.06.2026

Startaplar üçün 5 mühüm uğur amili

29.06.2026

Texnologiya tarixinin ən bahalı şirkət satınalmaları

29.06.2026

Qarabağ Universitetində 7,29 milyon manatlıq layihə həyata keçiriləcək

29.06.2026

"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

29.06.2026

"Meta"nın yeni planı üzə çıxdı: "Facebook"a mərc sistemi gələ bilər

29.06.2026

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

29.06.2026

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

29.06.2026

Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!

29.06.2026

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!  ®

29.06.2026

6 minifutbol meydançasının təmiri üçün 1,24 milyon manatlıq layihə

29.06.2026

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

29.06.2026

"Instagram" istifadəçilərə alqoritmi dəyişmək imkanı verəcək

29.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

29.06.2026

Mağazalar sizi daha bahalı məhsul almağa necə razı salır?

29.06.2026

Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır

29.06.2026

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29.06.2026

Məzənnə

Yüklənir...