"OpenAI"ın birjaya çıxışı 2027-ci ilə qədər təxirə düşə bilər

Redaktor

29.06.2026 22:39
36

"OpenAI"ın birjaya çıxışı 2027-ci ilə qədər təxirə düşə bilər

"OpenAI"ın uzun müddətdir gözlənilən ilkin kütləvi səhm təklifi (IPO) 2027-ci ilə qədər təxirə düşə bilər.

Valyuta.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, "OpenAI"ın baş icraçı direktoru Sem Altman şirkəti daha aşağı dəyərləndirmə ilə birjaya çıxarmaqdansa, 1 trilyon dollarlıq bazar dəyəri hədəfinə çatmağı üstün tutur. Bu səbəbdən şirkətin IPO prosesinə tələsməyəcəyi bildirilir.

Məlumata görə, "OpenAI" bu ay "IPO" üçün məxfi müraciət etsə də, hələ investorlarla rəsmi görüşlərə başlamayıb və birjaya çıxış üçün dəqiq tarix açıqlamayıb.

Xəbərdə qeyd olunur ki, "IPO"nun gecikməsi şirkətin əsas investorlarından biri olan "SoftBank"a da təsir edib. Məlumat yayılandan sonra şirkətin səhmləri 13%-ə qədər ucuzlaşıb. Bildirilir ki, SoftBank-ın oktyabr ayınadək OpenAI-da təxminən 65 milyard dollar dəyərində paya sahib olacağı gözlənilir.

Analitiklərin fikrincə, "OpenAI"ın ehtiyatlı davranmasının əsas səbəblərindən biri süni intellekt sektorunda böyük infrastruktur və hesablama gücü investisiyalarının gələcəkdə nə dərəcədə səmərəli olacağı ilə bağlı artan suallardır. Bundan əlavə, şirkət birjaya çıxdıqdan sonra gəlirləri, xərcləri və maliyyə göstəriciləri investorların daha ciddi diqqət mərkəzində olacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın birjaya çıxışı 2027-ci ilə qədər təxirə düşə bilər

29.06.2026

ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

29.06.2026

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29.06.2026

Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb

29.06.2026

Startaplar üçün 5 mühüm uğur amili

29.06.2026

Texnologiya tarixinin ən bahalı şirkət satınalmaları

29.06.2026

Qarabağ Universitetində 7,29 milyon manatlıq layihə həyata keçiriləcək

29.06.2026

"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

29.06.2026

"Meta"nın yeni planı üzə çıxdı: "Facebook"a mərc sistemi gələ bilər

29.06.2026

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

29.06.2026

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

29.06.2026

Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!

29.06.2026

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!  ®

29.06.2026

6 minifutbol meydançasının təmiri üçün 1,24 milyon manatlıq layihə

29.06.2026

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

29.06.2026

"Instagram" istifadəçilərə alqoritmi dəyişmək imkanı verəcək

29.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

29.06.2026

Mağazalar sizi daha bahalı məhsul almağa necə razı salır?

29.06.2026

Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır

29.06.2026

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29.06.2026

Məzənnə

Yüklənir...