Redaktor
Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib
Səyahət agentliyi “Fora” “Forerunner” və “Tactile Ventures” şirkətlərinin rəhbərlik etdiyi D seriyası investisiya mərhələsində 60 milyon ABŞ dolları həcmində maliyyə cəlb etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu investisiyadan sonra şirkətin bazar dəyəri 1 milyard ABŞ dollarına çataraq onu unicorn statusuna yüksəldib.
2021-ci ildə təsis edilən “Fora” iki istiqamətdən ibarət platformadır. Şirkət istifadəçilərə müştərilərlə əlaqələrin idarə olunması və səyahətlərin planlaşdırılması üçün zəruri infrastruktur təqdim etməklə onların asanlıqla səyahət agenti kimi fəaliyyət göstərməsinə imkan yaradır. Eyni zamanda platforma bal ayı, ailə istirahəti və digər məqsədlərlə Kosta-Rika, Tayland kimi istiqamətlərə səyahət planlaşdıran istifadəçilərə peşəkar məsləhətçilər tapmaq və onlarla əlaqə saxlamaq imkanı verir.
Şirkətin məlumatına görə, bu günədək cəlb olunan ümumi investisiya məbləği 138,5 milyon ABŞ dollarına çatıb.
Yeni maliyyənin bir hissəsi platformadakı səyahət agentlərinə araşdırma aparmaq, marşrut hazırlamaq və digər vaxt aparan inzibati işlərdə kömək edən “Via” adlı süni intellekt köməkçisinin inkişafına yönəldiləcək. Şirkətin bildirdiyinə görə, məqsəd süni intellekt vasitəsilə agentləri əvəz etmək deyil, onların məhsuldarlığını artırmaq və müştərilərlə münasibətlərin qurulmasına daha çox vaxt ayırmalarını təmin etməkdir.
“Fora”nın açıqlamasına əsasən, fəaliyyətə başladığı vaxtdan etibarən platformadakı agentlər ümumi dəyəri 3 milyard ABŞ dollarından çox olan səyahət sifarişləri həyata keçiriblər. Platformada fəaliyyət göstərən agentlərin əksəriyyəti isə səyahət məsləhətçiliyi sahəsinə yeni qoşulan şəxslərdir.
Şirkət cəlb olunan vəsait hesabına komandasını genişləndirməyi, həmçinin kruizlər, aviareyslər və digər səyahət seqmentlərində fəaliyyətini daha da inkişaf etdirməyi planlaşdırır.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərLüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi
17.07.2026Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib
17.07.2026İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?
17.07.2026"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib
17.07.2026Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq
17.07.2026"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı
17.07.2026Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı
17.07.2026İş yerində stresi azaltmağın 5 effektiv yolu
17.07.2026"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib
17.07.2026"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib
17.07.2026Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?
17.07.2026Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur
17.07.2026"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi
17.07.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb
17.07.2026Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub
17.07.2026