"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026  iqtisadi layihədir"

Redaktor

18.07.2026 12:15
32

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

Müharibə və pandemiya biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki? Dünya çempionatı 2026 iqtisadi layihədir".

Valyuta.az "Unikal"a istinadən xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, FIFA və ÜTT-nin hesablamasına görə bu turnir qlobal iqtisadiyyatlarda 80,1 milyard dollarlıq ümumi istehsal, 40,9 milyard dollara qədər əlavə ÜDM və təxminən 824 min tam iş ekvivalentində məşğulluq yarada bilər:

"FIFA-nın isə bir təşkilat olaraq 2026-cı il üçün həmin dünya çempionatından təxminən 11 milyard dollar gəlir gözlədiyi açıqlanıb. Elə futbol biznes olduğu üçün dünya çempionatında 32 komandanın sayı 48 oldu, hissələrin ortasında su fasiləsi verildi, finalda 15 dəqiqəlik fasilə yarım saata çatdırıldı. Daha çox oyun daha çox yayım, daha çox reklam və daha çox sponsorluq gəliri gətirir. Azarkeş oyunu izləyəndə klub gəliri hesablayır, yayımçı reytinqi, sponsor auditoriyanı düşünür. Yəni, hər qərarın arxasında iqtisadi düşüncə dayanır. Hamı eyni oyuna baxır, amma hər kəs fərqli qazanc axtarır. Buna görə 2025-ci ildə kişi futbolunda beynəlxalq transfer ödənişləri 13,08 milyard dollara çatdı. Təkcə yay transferində əvvəlki il ilə müqayisədə 50 faizdən çox pul xərcləyiblər. Avropa futbol bazarının gəlirləri 2024/2025 mövsümündə 40,2 milyard avroya çatıb. Bir "Real Madrid"in bazar dəyəri təxminən 9,5 milyard dollar, bir mövsümlük gəliri isə 1,16 milyard dollar olub. 

İngiltərə Premyer Liqasının bir mövsümlük gəlirləri isə 7 milyard funt sterlinqi keçir. Ümumiyyətlə, Avropanın ən böyük 25 klubundan 17-si 2025-ci ildə rekord kommersiya gəliri əldə edib. Onlardan 12-də kommersiya gəlirlərinin illik artımı 10 faizi keçib. Bu, qlobal ÜDM-in artım tempindən təxminən 3 dəfə yüksəkdir. Deməli, futbolçular artıq yalnız idmançı hesab olunmur. Onlar alınıb-satılan, qiyməti dəyişən və klubların balansında aktiv kimi göstərilən iqtisadi resursdur".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

18.07.2026

Lüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi

17.07.2026

Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib

17.07.2026

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

17.07.2026

"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib

17.07.2026

Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq

17.07.2026

"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı

17.07.2026

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

17.07.2026

İş yerində stresi azaltmağın 5 effektiv yolu

17.07.2026

"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib

17.07.2026

"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib

17.07.2026

Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?

17.07.2026

Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur

17.07.2026

"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi

17.07.2026

Məzənnə

Yüklənir...