"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

Redaktor

18.07.2026 13:45
36

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

"Apple" Yaponiyada "iPhone" seriyasına daxil olan bütün modellərin qiymətlərini artırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

Nəşrin məlumatına görə, Yaponiyanın "Apple" onlayn mağazasında "iPhone 16", "iPhone 17e", "iPhone 17", "iPhone Air", "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin qiymətləri 8-11 faiz aralığında yüksəlib.

Ən çox bahalaşan model "iPhone Air" olub. Onun qiyməti 11,3 faiz artaraq 159 800 yendən 177 800 yenə yüksəlib.

"iPhone 17 Pro Max" modelinin qiyməti 10,3 faiz artaraq 194 800 yendən 214 800 yenə çatıb. "iPhone 17" isə 10 faiz bahalaşaraq 129 800 yendən 142 800 yenə yüksəlib.

"iPhone 17 Pro" modelinin qiyməti 8,3 faiz, "iPhone 16"nın qiyməti 8,7 faiz, "iPhone" 17e modelinin qiyməti isə 8 faiz artıb.

"MacRumors" qeyd edir ki, ötən ay "Apple" dünya üzrə "Mac" kompüterləri və "iPad" planşetlərinin qiymətlərinin artmasını yaddaş mikrosxemlərinin davam edən çatışmazlığı ilə izah etmişdi.

Lakin "iPhone" modellərinin Yaponiyada bahalaşmasının böyük ehtimalla son bir il ərzində yapon yeni valyutasının ABŞ dollarına nisbətdə zəifləməsi ilə bağlı olduğu bildirilir. Nəşrin məlumatına görə, ABŞ-da və yoxlanılan digər ölkələrdə "iPhone" modellərinin qiymətləri dəyişməyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

18.07.2026

Yaponiya və "Nvidia"dan nəhəng layihə: 133 milyard dollarlıq bazar...

18.07.2026

"Apple" bu ölkədə "iPhone 17"ni kəskin bahalaşdırdı

18.07.2026

Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?

18.07.2026

"Futbol niyə biznes olmasın ki? - Dünya çempionatı 2026 iqtisadi layihədir"

18.07.2026

"Meta" 10 milyard dollarlıq yeni gəlir mənbəyi yarada bilər

18.07.2026

Paltarına yapışan tikan onu milyarderə çevirdi

18.07.2026

"Apple" bazar dəyərinə görə "Nvidia"nı geridə qoyub

18.07.2026

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

18.07.2026

Lüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi

17.07.2026

Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib

17.07.2026

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

17.07.2026

"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib

17.07.2026

Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq

17.07.2026

"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı

17.07.2026

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

17.07.2026

İş yerində stresi azaltmağın 5 effektiv yolu

17.07.2026

"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib

17.07.2026

"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib

17.07.2026

Məzənnə

Yüklənir...