"Apple" öz qaydasını pozdu: "Siri"nin yeni beyni "Google" və "Nvidia"ya tapşırılır

Redaktor

05.06.2026 14:29
72

"Apple" öz qaydasını pozdu: "Siri"nin yeni beyni "Google" və "Nvidia"ya tapşırılır

"Apple" səsli köməkçisi "Siri"ni süni intellektlə gücləndirmək üçün indiyə qədərki “tam nəzarət” strategiyasından kənara çıxaraq "Google" və "Nvidia" ilə əməkdaşlığa gedib. 

Valyuta.az xəbər verir ki, "The Information"un hesabatına görə, şirkət WWDC tədbirində təqdim ediləcək yeni "Siri" funksiyaları üçün "Google"un bulud infrastrukturu və "Gemini" süni intellekt modelindən istifadə etməyi planlaşdırır.

İddialara əsasən, "Siri" bəzi mürəkkəb sorğuları cavablandırmaq üçün "Google"un məlumat mərkəzlərində işləyən "Gemini" modelinə yönləndiriləcək. Bu sistem "Apple"ın öz ekosistemindən kənar ilk genişmiqyaslı süni intellekt inteqrasiyalarından biri kimi qiymətləndirilir.

"Apple" istifadəçi məxfiliyini qorumaq üçün "Google" məlumat mərkəzlərində "Nvidia"nın ən yeni "Blackwell B200" çiplərindən istifadə etməyi planlaşdırır. Bu çiplər məlumatların işlənməsi zamanı xarici müdaxiləni məhdudlaşdıran xüsusi aparat səviyyəli təhlükəsizlik mexanizmlərinə malikdir.

Şirkət bu yanaşma ilə məlumatların hətta emal mərhələsində belə şifrələnməsini təmin etməyi hədəfləyir. Bu addım "Apple"ın uzun illərdir tətbiq etdiyi “bütün texnologiyanı öz daxilində idarə etmək” siyasətindən əhəmiyyətli bir dönüş kimi qiymətləndirilir. Şirkət adətən həm hardware, həm də proqram təminatını tam nəzarətdə saxlayırdı.

Bununla belə, "Apple"ın əvvəlcədən elan etdiyi “Private Cloud Compute” sisteminin "Google" və "Nvidia" əsaslı yeni "Siri" arxitekturası ilə necə uyğunlaşdırılacağı hələlik tam aydın deyil.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb.

05.06.2026

Ucuz telefon almaq arzusu bitdi 

05.06.2026

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi ®

05.06.2026

İlham Əliyev milli komandamıza 1 milyon manat ayırdı

05.06.2026

"Prior Credit" BOKT-un mənfəəti 15%-dən çox artıb

05.06.2026

"Apple" öz qaydasını pozdu: "Siri"nin yeni beyni "Google" və "Nvidia"ya tapşırılır

05.06.2026

Məzənnə

Yüklənir...