Redaktor
Ucuz telefon almaq arzusu bitdi
Büdcəyə uyğun smartfon axtaran istifadəçilər üçün seçimlər getdikcə azalır. İstehsal xərclərinin sürətlə artması xüsusilə 150 dolların altındakı ucuz modellərin bazardan çıxmasına səbəb olur. Bu qiymət seqmentində yeni cihaz tapmaq artıq əvvəlkindən xeyli çətinləşib.
Valyuta.az xəbər verir ki, istifadəçilər daha ucuz alternativ kimi yenilənmiş və ikinci əl telefonlara yönəlir. Sənaye analizlərinə görə, bu bazarın bu il 13 faiz böyüməsi gözlənilir. Bu isə mobil texnologiya sektorunda iqtisadi tarazlığın ciddi şəkildə dəyişdiyini göstərir.
Mütəxəssislərə görə, vəziyyətin əsas səbəblərindən biri sürətlə inkişaf edən süni intellekt texnologiyalarıdır. Qlobal səviyyədə yüksək performanslı yaddaş (RAM) və çip istehsalına olan tələbatın artması smartfon istehsalçılarını çətin vəziyyətə salıb.
Nəticədə qlobal smartfon tədarükündə ciddi azalma proqnozlaşdırılır. Analitiklər sevkiyyatların əvvəlki illə müqayisədə təxminən 13,9 faiz azalacağını bildirir. Bu göstərici son on ilin ən aşağı səviyyələrindən biri hesab olunur.
Bu proses ən çox kiçik istehsalçıları təsir edir. Güclü təchizat zəncirinə sahib "Apple" və "Samsung" kimi şirkətlər böhranı nisbətən daha az zərərlə keçirir.
Proqnozlara görə, "Apple" gələn dövrdə hətta artım göstərə bilər. "Samsung"da isə kiçik geriləmə gözlənilsə də, bu ümumi bazar azalmasından daha aşağıdır.
Çinli istehsalçılar arasında "Huawei" sabit qiymət strategiyası ilə nisbətən daha dayanıqlı mövqe sərgiləyir. "Xiaomi" isə tədarük zənciri problemləri səbəbindən ən böyük itki yaşayan markalardan biri kimi göstərilir.
Analitiklər hesab edirlər ki, smartfon bazarının əvvəlki dinamikanı bərpa etməsi yaxın illərdə mümkün deyil. Sektorun 2028-ci ildən əvvəl tam toparlanması çətin görünür.
Ümumilikdə, süni intellektin yaratdığı texnoloji tələb artımı mobil cihaz bazarında həm qiymətləri yüksəldir, həm də ucuz cihazların sayını sürətlə azaldır.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid
05.06.2026"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır
05.06.2026Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq
05.06.2026Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb
05.06.2026Ucuz telefon almaq arzusu bitdi
05.06.2026“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026