Redaktor
Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb
Bu ilin yanvar-aprel aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə çəkdikləri xərclərin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma qeydə alınıb.
Valyuta.az xəbər verir ki, 2026-cı ilin ilk 4 ayında xarici turistlərin ümumi xərcləri 696 milyon 666.1 min manat təşkil edib. Bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 206 milyon 452,9 min manat və ya 22.85% azdır. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 903 milyon 119.0 min manat olub.
Hesabat dövründə xarici qonaqların ən çox vəsait ayırdığı nəqliyyat xidmətlərində xərclər 101 milyon 71,1 min manat və ya 24.12% azalaraq 317 milyon 866.3 min manata düşüb. 2025-ci ilin müvafiq dövründə həmin göstərici 418 milyon 937.4 min manat olub.
Ən kəskin geriləmə isə yerləşmə sektorunda qeydə alınıb. Belə ki, ötən ilin ilk 4 ayında əcnəbilər yerləşməyə 186 milyon 927.4 min manat xərclədiyi halda, cari ilin eyni dövründə bu göstərici 60 milyon 784,9 min manat və ya 32.51% azalaraq 126 milyon 142.5 min manata enib.
Turistlərin qidalanma xərcləri isə 31 milyon 559,7 min manat və ya 19.35% azalaraq 163 milyon 050.8 min manatdan 131 milyon 491.1 min manata geriləyib.
Məlumata görə, sözügedən dövrdə mədəniyyət sahəsinə çəkilən xərclər 914,4 min manat və ya 18.72% azalaraq 3 milyon 969.5 min manata, turizm zərflərinin (paketlərinin) alınmasına xərclənən vəsait isə 80,8 min manat və ya 20.07% azalaraq 321.7 min manata düşüb.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi
05.06.2026"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid
05.06.2026"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır
05.06.2026Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq
05.06.2026Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb
05.06.2026Ucuz telefon almaq arzusu bitdi
05.06.2026“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026