Kabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi

Redaktor

05.06.2026 23:07
28

Kabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi

Kabelsiz enerji ötürmə texnologiyası sənayedən müdafiəyə, hətta kosmik mədənçiliyə qədər geniş sahələrdə inqilabi dəyişikliklər vəd edir. Avstraliya mərkəzli texnologiya startapı "Aquila" anbar daxilində daim hərəkət edən bir robotu yalnız lazer şüaları vasitəsilə 24 saat fasiləsiz işlətməyi bacardığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət bu sınaqla kablosuz enerji sahəsində iki dünya rekordunun qırıldığını bildirir. Birincisi, lazer vasitəsilə indiyə qədər ötürülən ən yüksək enerji miqdarının 4 kilovat-saata çatmasıdır. İkincisi isə bu ötürmənin bir saniyə belə kəsilmədən tam 24 saat davam etməsidir.

Sistem inkişaf etmiş optik izləmə mexanizmi ilə lazer şüasını hərəkət edən qəbuledicinin üzərində daim sabit saxlayaraq enerji ötürür. Bu texnologiya gələcəkdə kabelləri və ağır batareyaları əvəz edə biləcək potensial həll kimi qiymətləndirilir.

Lazer şüaları ilə enerji ötürülməsi ideyası tamamilə yeni deyil. Fotovoltaik texnologiyanın əsas prinsipləri 19-cu əsrdən bəri məlumdur. Günəş işığı əvəzinə lazer şüalarının elektrik enerjisinə çevrilməsi istiqamətində ilk ciddi laboratoriya uğurlarından biri 2025-ci ildə Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkəti tərəfindən əldə edilib.

Yeni sistem isə daha yüksək sabitlik və hərəkətdə olan obyektlərə dəqiq fokuslanma qabiliyyəti ilə fərqlənir. Bu, lazer şüasının statik deyil, dinamik hədəf üzərində milimetr dəqiqliyi ilə saxlanılmasını mümkün edir.

Texnologiyanın ən çox diqqət çəkən tətbiq sahələrindən biri müdafiə sənayesidir. ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının havada daha uzun müddət qalması üçün lazer əsaslı enerji ötürmə sistemləri üzərində işləyir.

Digər layihələrdə isə kilometrlərlə məsafəyə enerji ötürülməsi sınaqdan keçirilir. Bu texnologiyanın xüsusilə elektrik infrastrukturu çökmüş bölgələrdə və çətin relyefli ərazilərdə istifadə olunması planlaşdırılır.

Lazer enerji ötürülməsi yalnız Yer üzündə deyil, kosmosda da mühüm rol oynaya bilər. NASA-nın planlaşdırdığı daimi Ay bazasında əsas problemlərdən biri 14 gün davam edən qaranlıq dövrdə enerji çatışmazlığıdır.

Bu problemi həll etmək üçün Yer orbitində və ya səthində yerləşdirilən lazer sistemləri vasitəsilə Ay səthinə enerji ötürülməsi ideyası araşdırılır. Bu yolla fotovoltaik sistemlər gecə dövründə də işlək qala bilər.

Eyni zamanda radioizotop generatorları da əsas enerji mənbəyi kimi nəzərdə tutulur. Lazer texnologiyası isə xüsusilə uzaq məsafədə yerləşən robotlar və tədqiqat stansiyaları üçün əlavə enerji təminatı rolunu oynaya bilər.

Əgər bu texnologiya geniş miqyasda tətbiq olunarsa, kosmik missiyalarda batareyaların çəkisi ciddi şəkildə azalacaq. Bu isə raketlərin yükünü yüngülləşdirərək kosmosa daşınan materialların daha səmərəli planlanmasına imkan verəcək.

Mütəxəssislər hesab edirlər ki, lazer əsaslı enerji ötürülməsi gələcəkdə həm Yer üzündə, həm də kosmosda enerji infrastrukturunu köklü şəkildə dəyişə bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi

05.06.2026

"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid

05.06.2026

"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır

05.06.2026

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05.06.2026

Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb

05.06.2026

Ucuz telefon almaq arzusu bitdi 

05.06.2026

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

Məzənnə

Yüklənir...