"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid

Redaktor

05.06.2026 22:42
25

"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid

"Meta"nın siyasət tövsiyələri verən müstəqil nəzarət şurası şirkətin hesab bağlama proseslərində ciddi problemlər aşkar edib. 

Valyuta.az xəbər verir ki, şuranın açıqladığı hesabatda qeyd olunur ki, "Meta" bəzi hesabları bağlayarkən kifayət qədər izahat vermir, istifadəçilərin şikayət mexanizmlərinə çıxışı məhdud olur və dəstək xidmətləri yetərsiz işləyir.

Şura araşdırmanı bu ilin əvvəlində bir jurnalistə yönəlmiş zorakılıq təhdidləri ilə bağlı bir hadisə üzərindən başladıb. Araşdırma nəticəsində həmin hesabın daimi olaraq bağlanması qərarı düzgün hesab edilib. Lakin ümumi təhlil zamanı daha geniş sistem problemləri üzə çıxıb.

Hesabata görə, "Meta" hesablarla bağlı iki fərqli moderasiya sistemi tətbiq edir. Birincisi qayda pozuntularına görə xəbərdarlıq və cəza sistemi, digəri isə ağır pozuntu hesab edilən hallarda hesabın dərhal və daimi bağlanmasıdır.

Şura bildirir ki, bu iki sistem arasındakı sərhədlər aydın deyil və hansı pozuntunun hansı cəzanı doğurduğu açıq şəkildə göstərilmir. Bu da istifadəçilərin qərarların səbəbini anlamasını çətinləşdirir.

"Meta Verified" adlı ödənişli abunəlik çərçivəsində istifadəçilərə e-poçt və ya canlı çat vasitəsilə dəstək təklif olunsa da, hesabatda qeyd edilir ki, hesabı bağlanan bir çox istifadəçi real yardım ala bilmir.

Oxşar şikayətlər uzun illərdir "Facebook" və "Instagram"da davam edir. Xüsusilə avtomatik moderasiya sistemlərinin geniş istifadəsi istifadəçilərin qərarlara qarşı şirkət daxilində real müraciət imkanlarını zəiflədir.

Çoxsaylı istifadəçilər hesablarının niyə bağlandığını öyrənə bilmədiklərini bildirir.

Keçmiş yanğınsöndürən və səhiyyə işçisi Riçard Pauvels hesabının onun brendi ilə bağlı fəaliyyət göstərərkən bağlandığını və səbəbin açıqlanmadığını deyib. O, hansı paylaşımın problem yaratdığını bilmədiyini və qərarın insan tərəfindən yoxlanmadığını iddia edib.

Oxşar şikayətlər bəzi hallarda ciddi məzmun pozuntuları ilə bağlı da ortaya çıxır. İstifadəçilər onlara konkret sübut və ya nümunə göstərilmədiyini bildirirlər.

Bəzi biznes sahibləri və kontent istehsalçıları hesablarının bağlanmasının birbaşa maddi zərərə səbəb olduğunu bildirir. Məsələn, yüz minlərlə izləyicisi olan bəzi səhifələrin bir gecədə bağlandığı və bunun iş fəaliyyətini dayandırdığı qeyd olunur.

"Meta Verified" istifadəçilərinin bir qismi isə ödəniş etmələrinə baxmayaraq kifayət qədər dəstək ala bilmədiklərini iddia edir.

Müstəqil şura "Meta"ya istifadəçilər üçün hesab vəziyyətini göstərən xüsusi panel yaradılmasını tövsiyə edir. Bu paneldə əvvəlki pozuntular, cəzalar və şikayət imkanları açıq şəkildə göstərilməlidir.

Həmçinin qərar bildirişlərində pozuntunun nə vaxt baş verdiyi, hansı qaydanın pozulduğu və hansı cəzanın tətbiq edildiyi kimi məlumatların daha şəffaf şəkildə təqdim olunması tələb edilir.

"Meta" şuranın qərarını müsbət qarşıladığını açıqlayıb. Şirkət bildirib ki, konkret iş üzrə hesabın bağlanması qərarı şura tərəfindən də təsdiqlənib və təqdim olunan tövsiyələr qiymətləndiriləcək.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi

05.06.2026

"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid

05.06.2026

"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır

05.06.2026

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05.06.2026

Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb

05.06.2026

Ucuz telefon almaq arzusu bitdi 

05.06.2026

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

Məzənnə

Yüklənir...