Redaktor
"Yüksək maaş uzunmüddətli perspektivdə hər zaman məmnunluq yaratmır" - Ekspert
İş seçimi insanların karyera yolunu və həyat keyfiyyətini müəyyən edən ən vacib qərarlardan biridir. Bəziləri üçün yüksək əməkhaqqı əsas prioritet hesab olunur, digərləri rahat və sağlam iş mühitinə üstünlük verir. Elə insanlar da var ki, onlar üçün peşəkar inkişaf, yeni bilik və bacarıqlar qazanmaq daha önəmlidir.
Bəs iş seçərkən əsas faktor nədir: yüksək maaş, yaxşı iş mühiti, yoxsa karyera və inkişaf imkanları?
Mövzu ilə bağlı İnsan Resursları üzrə ekspert Abid Səmədov Valyuta.az-a bildirib ki, iş seçərkən yalnız bir faktoru əsas götürmək düzgün yanaşma deyil:
"Pul, iş mühiti və inkişaf imkanları bir-biri ilə sıx bağlıdır və hər birinin öz əhəmiyyəti var. Əlbəttə ki, rəqabətqabiliyyətli əməkhaqqı vacibdir. İnsan öz ehtiyaclarını qarşılamalı və əməyinin ədalətli qiymətləndirildiyini hiss etməlidir. Lakin yüksək maaş uzunmüddətli perspektivdə hər zaman məmnunluq yaratmır. Əgər iş mühiti sağlam deyilsə, rəhbərlik və komanda ilə münasibətlər problemlidirsə və ya iş insana davamlı stress yaşadırsa, zamanla motivasiya azalır".
"Digər tərəfdən, inkişaf imkanları karyeranın davamlı uğuru üçün əsas amillərdən biridir. Yeni biliklər əldə etmək, bacarıqları artırmaq, məsuliyyət dairəsini genişləndirmək və karyera yüksəlişi perspektivinə sahib olmaq insanın həm peşəkar, həm də şəxsi inkişafına töhfə verir. Bu səbəbdən mən iş seçərkən ilk növbədə inkişaf imkanlarına və iş mühitinə diqqət yetirərdim. Çünki inkişafın və sağlam mühitin olduğu yerdə insan daha yüksək nəticələr göstərir, dəyər yaradır və nəticədə maddi qazanc da zamanla artır. Mənim üçün ideal iş yeri əməkhaqqının, müsbət iş mühitinin və inkişaf imkanlarının balanslı şəkildə mövcud olduğu yerdir", – deyə Abid Səmədov qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026