Redaktor
2026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
"U.S. News" nəşri 2026-cı il üçün ailələrə ən uyğun avtomobillərin siyahısını dərc edib. Reytinq hazırlanarkən təhlükəsizlik, genişlik, etibarlılıq, komfort və gündəlik istifadə rahatlığı kimi əsas meyarlar nəzərə alınıb. Siyahıya SUV modellərindən elektrik avtomobillərinə, hibridlərdən pikaplara qədər müxtəlif kateqoriyalar üzrə qaliblər daxil edilib.
Orta ölçülü iki sıralı SUV kateqoriyasında 2026-cı il istehsalı olan "Honda Passport" birinci olub. Ekspertlər modelin rahat idarəetməsini, geniş salonunu və istifadəsi asan multimedia sistemini yüksək qiymətləndiriblər.
Üç sıralı orta ölçülü SUV-lər arasında isə "GMC Acadia" lider seçilib. Model böyük ailələr üçün nəzərdə tutulmuş geniş interyer, funksional saxlama bölmələri və iri yük sahəsi ilə fərqlənir.
Kompakt SUV kateqoriyasında qalib "Hyundai Tucson" olub. Avtomobil geniş salonu və zəngin standart avadanlıq paketi ilə ailələr üçün münasib seçim hesab edilir.
İri ölçülü SUV-lər arasında "GMC Yukon" ən yaxşı model seçilib. Mütəxəssislər avtomobilin geniş salonunu, uzun səfərlər üçün yüksək komfortunu və müasir təhlükəsizlik sistemlərini əsas üstünlüklər kimi qeyd ediblər.
Hibrid modellər arasında kompakt SUV kateqoriyasında "Hyundai Tucson Hybrid", orta ölçülü SUV kateqoriyasında isə "Hyundai Palisade Hybrid" qalib elan olunub. Hər iki model yanacaq sərfiyyatı, genişlik və komfort baxımından yüksək qiymətləndirilib.
Qoşulan hibrid SUV kateqoriyasında "Mazda CX-90 PHEV" birinci yeri tutub. Model güclü hibrid sistemi və dinamik idarəetməsi ilə seçilir.
Elektrik avtomobilləri arasında kompakt SUV kateqoriyasında "Hyundai Ioniq 5", orta ölçülü SUV kateqoriyasında isə "Hyundai Ioniq 9" ən yaxşı seçim hesab olunub. Hər iki model uzun yürüş ehtiyatı və geniş interyeri ilə diqqət çəkib.
Ailələr üçün ən yaxşı miniven adına "Kia Carnival" layiq görülüb. Avtomobil komfortlu salonu, zəngin təchizatı və uzunmüddətli zəmanəti ilə fərqlənir.
Minik avtomobilləri kateqoriyasında "Honda Accord" ailələr üçün ən yaxşı orta ölçülü sedan seçilib. Model geniş salonu və aşağı yanacaq sərfiyyatı ilə ön plana çıxıb. Hibrid sedanlar arasında isə "Honda Accord Hybrid" lider olub.
Pikap kateqoriyasında orta ölçülü modellər arasında "Honda Ridgeline", tam ölçülü pikaplar arasında isə "Toyota Tundra" qalib seçilib. Hər iki avtomobil geniş salonu, yüksək funksionallığı və müasir texnologiyaları ilə ailələr üçün uyğun hesab edilir.
Mütəxəssislərin fikrincə, bu modellər qiymət, təhlükəsizlik, rahatlıq və gündəlik istifadə imkanları baxımından 2026-cı ildə ailələr üçün ən sərfəli yeni avtomobillər sırasındadır.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026