Redaktor
Swatch-un ən bahalı saatları
Saatlar dünyasında “Swatch” adı özünəməxsus dizaynları və mürəkkəb texnologiyası sayəsində xüsusi maraq doğurur. Şirkət 1983-cü ildə “Swatch Group”un tərkibində Nikolas Hayek tərəfindən təsis edilib. “Swatch” adı “Second Watch” (ikinci saat) ifadəsinin qısaldılmış formasıdır və Hayek tərəfindən seçilib. O hesab edirdi ki, bu ad şirkətin istehsal etdiyi saatlar kimi əyləncəli və rahat səslənir. “Swatch” şirkəti geniş çeşiddə dizayner və gündəlik istifadə üçün saatlar təqdim edir ki, onların bəziləri kifayət qədər yüksək qiymətlərlə seçilir.
“Swatch”un ən bahalı saatları aşağıdakılardır:
“Swatch Kiki Picasso” (KIKI) – 22 600 dollar
“Swatch Kiki Picasso” kolleksiyaçılar arasında təxminən 22 600 dollar dəyərində qiymətləndirilən və “Swatch”un ən bahalı saatı hesab olunan modeldir. Bu tamamilə dizayner işi olan saat 1985-ci ilin Yaz-Yay kolleksiyası çərçivəsində təqdim olunub və məhdud sayda – cəmi 120 ədəd istehsal edilib.
“Swatch Andrew Logan Jelly Fish” – 10 300 dollar
“Swatch Andrew Logan Jelly Fish” modeli ən qeyri-adi və ən çox axtarılan saatlardan biridir. Onun bazar qiyməti təxminən 10 300 dollardır. Bu model də 1985-ci ilin Yaz-Yay kolleksiyasında təqdim olunub və “Drag Queen Contest” kateqoriyasına aid olub.
“Swatch Oigol Oro” – 10 292 dollar
Məşhur dizayner Oigol Oro tərəfindən hazırlanan bu məhdud buraxılış saatın qiyməti təxminən 10 292 dollardır. Hazırda bazarda cəmi 120 ədəd mövcuddur. İlk dəfə 1989-cu ilin Yaz-Yay kolleksiyasında təqdim edilən model analoq siferblata və plastik/qətran qayışa malik xüsusi sənət əsəri hesab olunur.
“Funky Swatch Keith Haring Special Edition” – 4 600 dollar
Kit Haring tərəfindən hazırlanmış xüsusi buraxılış “Swatch” saatları 1985-ci ildə təqdim olunub və yaxın dövrdə hərracda təxminən 4 600 dollara satılıb. Saatların siferblatında dizaynerin xarakterik üslubu – parlaq rəng kontrastları və cizgi üslublu fiqurlar əks olunub. Hər bir modeldə dizaynerin eksklüziv imzası yer alıb.
1985-ci il buraxılışı “GZ 999W Velvet Underground” – 3 100 dollar
1985-ci ildə təqdim edilən “GZ 999W Velvet Underground” modeli təxminən 3 100 dollar dəyərindədir. Kolleksiyaçılar üçün nəzərdə tutulmuş bu saat kvars mexanizmi ilə işləyir və 3 baradək suya davamlıdır. Xüsusi qadın modeli kimi təqdim olunan saat buraxıldığı dövrdə olduğu kimi bu gün də populyarlığını qoruyur.
“Swatch Diaphane One Carrousel Tourbillon” (2001) – 1 200 dollar
Bu model yaxın vaxtlarda hərracda təxminən 1 200 dollar başlanğıc qiyməti ilə satışa çıxarılıb. “Swatch” yüksək saatçılıq sənəti nümunələri ilə tanınmasa da, bu model plastik və alüminium korpus daxilində yerləşdirilmiş “Carrousel Tourbillon” mexanizmi ilə fərqlənir.
“Swatch Compu-Tech Original” – 1 100 dollar
“Swatch Compu-Tech Original” modeli hərracda təxminən 1 100 dollara satılıb. Saatın siferblatında 1980-ci illərə xas qırmızı, sarı və yaşıl rəngli naxışlar boz fon üzərində əks olunub. Model plastik korpus və qayışa, İsveçrə istehsalı kvars mexanizminə malikdir və 3 baradək suya davamlıdır.
“Swatch Sir Limelight” – 950 dollar
“Swatch Sir Limelight” 1987-ci il Milad bayramına həsr olunmuş kişi modeli üçün hazırlanmış prototipdir. Bu saat yaxın zamanda hərracda təxminən 950 dollara satılıb. Model qara siferblat, 1, 2, 3 və 12 mövqelərində rəngli kristallarla işlənmiş rəqəmlər və qızılı əqrəblərlə diqqət çəkir.
“Swatch The American” – 950 dollar
“Swatch The American” təxminən 950 dollar dəyərində qiymətləndirilir və şirkətin ən çox axtarılan kolleksiya nümunələrindən biridir. Model ingilis dilində təqvim funksiyasına malikdir və tamamilə plastikdən hazırlanıb. Saat İsveçrə kvars mexanizmi ilə təchiz olunub və 3 baradək suya davamlıdır.
“Swatch Don’t Be Too Late” – 875 dollar
“Swatch Don’t Be Too Late” modeli hərracda təxminən 875 dollara satılıb. Saatın qara siferblatı üzərində modelin adı parlaq yazılarla qeyd olunub. Model 3 baradək suya davamlıdır.
“The Veggie Line” – 500 dollar
500 dollar qiymətlə təqdim olunan “The Veggie Line” şəhər daxilində hərəkət üçün ekoloji cəhətdən təmiz və dayanıqlı həll kimi təsvir edilir. Kompakt dizaynı, elektrik mühərriki və bitki əsaslı materiallardan istifadə olunması sayəsində ətraf mühitə təsiri azaldır, qısa məsafələr üçün qənaətcil və dəbli nəqliyyat vasitəsi təqdim edir.
Bu “Swatch” saatlarının əksəriyyəti klassik zamanölçənlər hesab olunur və həm “Swatch” həvəskarları, həm də nadir saat kolleksiyaçıları arasında özünəməxsus bazara malikdir. Onlar markanın saat istehsalı və dizayn sənayesində qazandığı nüfuzun və tələbatın yalnız bir neçə nümunəsidir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
19.06.2026Varlı olmağın üstünlükləri və mənfi cəhətləri
19.06.2026Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı
19.06.2026Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu
19.06.2026Dünya şöhrətli şirkətlərin ilk məhsulları
19.06.2026Dünyanın ən yaxşı kompakt elektromobləri seçildi - TOP 10
19.06.2026Avropa İttifaqının ən ucuz və ən bahalı ölkələri - SİYAHI
19.06.2026Professorun startapı hüceyrələrin qocalmasına qarşı preparatı sınaqdan keçirəcək
19.06.2026Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
19.06.2026Maliyyə planı hazırlayarkən bir çoxlarının gözdən qaçırdığı vacib addım
19.06.2026Vençur fondlarının ən çox diqqətini çəkən 10 startap
19.06.2026