Bütün varlı və uğurlu insanların gizli vərdişləri

Redaktor

20.06.2026 15:40
99

Bütün varlı və uğurlu insanların gizli vərdişləri

Vərdişlərimiz həyatımızın necə formalaşacağını, o cümlədən nə dərəcədə uğurlu olacağımızı müəyyən edir. 

Aşağıda yazdığlarımız həyatın gizli uğur düsturlarıdır. Varlı və uğurlu insanların demək olar ki, hamısının davamlı olaraq etdiyi və onların nailiyyətlərində mühüm rol oynayan səkkiz gizli vərdiş bunlardır:

Onlar öz qaydalarını yaradır və həmin qaydalara uyğun yaşayırlar

Cəmiyyət bizə məktəbə getməyi, yaxşı qiymətlər almağı, iş tapmağı və 65 yaşına qədər çalışmağı tövsiyə edir. Əksər insanlar bu qaydalara əməl etməyə çalışır və cəmiyyətin diktə etdiklərini yerinə yetirirlər.

Lakin bu gün tanıdığımız bir çox varlı və uğurlu insan bu qaydalara əməl etməyib. Stiv Cobs, Riçard Brenson və Maykl Dell kimi şəxslər ənənəvi qaydalardan kənara çıxmağı seçiblər. Bu gün onların öz qaydalarını yaratmaq bacarığı sərvət və uğurlarının əsas səbəblərindən biri hesab olunur. Məsələn, Stiv Cobsun vəfat etdiyi vaxt sərvətinin təxminən 11 milyard dollar olduğu bildirilirdi.

Maykl Dell də öz qaydaları ilə yaşayan insanlardan biridir. O, əvvəlcə cəmiyyətin uğur modelinə uyğun olaraq universitet təhsili almağa başlamışdı. O, Texas Universitetinin tələbəsi idi, lakin təhsilini davam etdirə bilmədi. Məhz yataqxana otağında sonradan məşhur olan "Dell" kompüterlərinin əsasını qoydu. Bu gün o da təxminən 20 milyard dollar sərvətə malik milyarderlərdən biridir.

Onlar göründüklərindən daha çox çalışırlar

Əgər basketbolu sevirsinizsə, böyük ehtimalla Kobi Brayantı tanıyırsınız. O, varlı və uğurlu insanların tipik nümunəsidir. İnsanlar onun milyonlarla dollarını necə xərclədiyinə heyran qala bilərlər, lakin onun şöhrəti və sərvətinin arxasında daha böyük zəhmət dayanır.

Kobi Brayant güclü iş intizamı ilə tanınırdı. Onun sərvəti meydandakı uğurlarının nəticəsi idi. Lakin həmin uğurların arxasında yorulmaz məşq və davamlı özünüinkişaf dayanırdı.

Onlar vaxtlarını qısqanclıqla qoruyurlar

“Varlı insanla kasıb insan arasındakı yeganə fərq onların vaxtdan necə istifadə etməsidir.” — Robert Kiyosaki

Varlı və uğurlu insanlar vaxtlarını həyatları ondan asılı imiş kimi qoruyurlar. Onlar anlayırlar ki, vaxta münasibət gələcək maliyyə vəziyyətinin formalaşmasında mühüm rol oynayır. Buna görə də vaxtlarına son dərəcə həssas yanaşır və başqalarının onu boşa sərf etməsinə imkan vermirlər.

Onlar şəbəkələrini məqsədyönlü şəkildə genişləndirirlər

“Dünyanın ən varlı insanları əlaqələr şəbəkəsi qururlar, digərləri isə iş axtarmağa öyrədilir.” — Robert Kiyosaki

Həyatda nə qədər uğurlu olacağımızı müəyyən edən amillərdən biri də əlaqələrdir. Məsələn, Castin Biberin məşhurlaşması "Usher"ın dəstəyi olmadan mümkün olmazdı.

Varlı və uğurlu insanlar əlaqələrin sərvət və uğur üçün nə qədər vacib olduğunu anlayırlar. Buna görə də onlar müxtəlif tədbirlərdə və ictimai toplantılarda iştirak edərək əlaqə dairələrini genişləndirirlər.

Onlar daim mükəmməllik gözləyirlər

“Mən heç vaxt heç nədən tam razı qalmıram. Mən perfektsionistəm, bu mənim xarakterimin bir hissəsidir.” — Maykl Cekson

Pop musiqisinin kralı kimi tanınan Maykl Cekson həyatda olduğu dövrdə həm çox uğurlu, həm də çox varlı insanlardan biri idi. Onun musiqisi və möhtəşəm rəqs performansları onu tarixdəki ən böyük musiqiçilərdən birinə çevirmişdi.

Bu möhtəşəm çıxışların arxasında isə sonsuz mükəmməllik arzusu dayanırdı. Müğənni Akonun "MTV"yə verdiyi müsahibəyə görə, Maykl Ceksonun gözləntiləri həmişə çox yüksək olurdu və onun perfektsionist xarakteri səbəbindən mahnının hazır olub-olmaması ilə bağlı tez-tez mübahisələr yaşanırdı.

Onlar instinktlərinə çox güvənirlər

Varlı və uğurlu insanlar bir çox hallarda qərarlarını yalnız daxili hisslərinə əsaslanaraq qəbul edirlər. Məhz bu qərarlar onları adi insanlardan fərqləndirir və çox vaxt uğurlarının əsas səbəblərindən birinə çevrilir.

Onlar aldıqları qədər cəmiyyətə də geri qaytarırlar

Varlı və uğurlu insanların əksəriyyətinin cəmiyyətə dəstək göstərmək üçün müxtəlif yolları olur. Bu, "Bill & Melinda Gates Foundation" vasitəsilə milyardlarla dollar həcmində ianələr şəklində ola bilər. Bəzən isə xeyriyyə məqsədilə təşkil olunan tədbirlərdə iştirak etmək və əldə olunan gəliri ehtiyacı olanlara yönəltmək formasında həyata keçirilir.

Necə deyərlər, “verən əlin ruzisi kəsilməz”.

Onların hamısı nəsə satır

Bir çox insan satışla məşğul olmaq fikrini xoşlamır. Bu başa düşüləndir, çünki satış işi asan deyil. Lakin uğurlu insanlar satışın əhəmiyyətini yaxşı anlayırlar.

Onlar birbaşa satış nümayəndəsi olmaya bilərlər, amma hamısı müəyyən məhsul, xidmət, ideya və ya dəyər təklif edir. Və nə qədər çox satış edə bilirlərsə, bir o qədər varlanırlar.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

20.06.2026

Bütün varlı və uğurlu insanların gizli vərdişləri

20.06.2026

Swatch-un ən bahalı saatları

20.06.2026

Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb

20.06.2026

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

20.06.2026

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

20.06.2026

Azərbaycan nefti bahalaşıb

20.06.2026

Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor

20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

20.06.2026

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

19.06.2026

Varlı olmağın üstünlükləri və mənfi cəhətləri

19.06.2026

Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı

19.06.2026

Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu

19.06.2026

Dünya şöhrətli şirkətlərin ilk məhsulları

19.06.2026

Dünyanın ən yaxşı kompakt elektromobləri seçildi - TOP 10

19.06.2026

Avropa İttifaqının ən ucuz və ən bahalı ölkələri - SİYAHI

19.06.2026

Professorun startapı hüceyrələrin qocalmasına qarşı preparatı sınaqdan keçirəcək

19.06.2026

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

19.06.2026

Maliyyə planı hazırlayarkən bir çoxlarının gözdən qaçırdığı vacib addım

19.06.2026

Vençur fondlarının ən çox diqqətini çəkən 10 startap

19.06.2026

Məzənnə

Yüklənir...