Redaktor
Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik
Kiçik səhmdarların hüquqlarını qoruyan yeni mexanizmlər yaradılır.
Valyuta.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, ilk dəfə korporativ müqavilələrdə və şirkətlərin nizamnamələrində kiçik paya (səhmə) malik təsisçilərin və səhmdarların hüquqlarının qorunmasına yönəlmiş xüsusi mexanizmlərin müəyyən edilməsi nəzərdə tutulur.
Dəyişikliklə korporativ müqavilələrdə ləğvetmə və ya şirkətin satışı zamanı müəyyən səhmdarlara üstünlük hüququnun verilməsi, payların dəyərinin azalmasının qarşısını alan mexanizmlərin tətbiqi, xüsusi məsələlər üzrə veto hüququnun müəyyənləşdirilməsi, imtiyazlı pay və səhmlərin adi pay və səhmlərə çevrilməsi, həmçinin ümumi yığıncaqlarda fərqli səsvermə hüquqlarının müəyyən edilməsi mümkün olacaq.
Qanun layihəsində, həmçinin şirkətin fəaliyyəti və ya digər təsisçilərin hüquqlarına əhəmiyyətli təsir göstərən qərarlar qəbul edilərkən kiçik pay sahiblərinin maraqlarının qorunması üçün yeni təminatlar nəzərdə tutulur. Belə ki, onlara öz paylarını və ya səhmlərini ədalətli bazar qiyməti ilə satmaq və ya zəmanətli kompensasiya almaq hüququ verilə biləcək. Bununla yanaşı, yeni pay və səhmlər buraxıldıqda müəyyən kateqoriya səhmdarlara mövcud paylarına mütənasib şəkildə onları almaqda üstünlük hüququ tanınacaq.
Bundan başqa, layihədə pay və səhmlərin özgəninkiləşdirilməsi ilə bağlı ilk dəfə birgə satış hüququ, məcburi satış hüququ və ilk imtina hüququ kimi beynəlxalq korporativ idarəetmədə geniş tətbiq olunan mexanizmlərin də qanunvericiliyə daxil edilməsi təklif olunur. Bu mexanizmlərin səhmdarlar arasında münasibətləri daha şəffaf tənzimləməsi, investisiya mühitini yaxşılaşdırması və xüsusilə azlıq səhmdarlarının hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcəyi gözlənilir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda 50 milyon dollarlıq saziş imzalandı
17.06.2026Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək
17.06.2026TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®
17.06.2026Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır
17.06.2026Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI
17.06.2026Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər
17.06.2026Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik
17.06.2026Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər
17.06.2026Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
17.06.2026Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?
17.06.2026Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?
17.06.2026Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir
17.06.2026"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub
17.06.2026Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək
17.06.2026"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"
17.06.2026Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
17.06.2026Nabran yolu nə vaxt açılacaq?
17.06.2026Elektromobil idxalına çəkilən xərc 13,4 milyon dollar azalıb
17.06.2026
Fərid Məmmədov: "Biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional üçbucaq yaratmışıq"
17.06.2026