"Citigroup" Trampın hesabları ilə bağlı qanunsuz işdən çıxarmada ittiham olunur

Redaktor

17.06.2026 21:47
32

"Citigroup" Trampın hesabları ilə bağlı qanunsuz işdən çıxarmada ittiham olunur

ABŞ bankı "Citigroup"un şöbələrindən birində idarəedici direktor vəzifəsində çalışmış keçmiş işçisi Bruklin federal məhkəməsində banka qarşı iddia qaldırıb. O iddia edir ki, müştərilərdən birinin hesabına dair daxili qaydaların pozulmasını gündəmə gətirdiyi üçün işdən çıxarılıb. 

Valyuta.az-ın məlumatına görə, "Reuters" öz mənbələrinə istinadən bildirir ki, hesab ABŞ prezidenti Donald Trampla əlaqəli olub.

Şikayətdə adı açıqlanmayan qadın bildirib ki, o, məlumatlara çıxışın hətta bank əməkdaşları üçün də məhdudlaşdırıldığı xüsusi hesabın açılmasına qarşı çıxıb. O, həmçinin çirkli pulların yuyulmasına qarşı qanunlara uyğunluq üçün vəsaitlərin mənşəyi barədə əlavə məlumatlar tələb edib. Onun sözlərinə görə, bu addımlardan sonra HR şöbəsi tərəfindən “saxta” daxili yoxlama başlanıb və nəticədə o, vəzifəsindən uzaqlaşdırılıb.

Keçmiş menecer hesab edir ki, o, bankın risk idarəetmə və daxili nəzarət sistemlərində ciddi çatışmazlıqlar aşkar edib və məhz buna görə cəzalandırılıb.

“Citigroup” isə ittihamları “tamamilə əsassız” adlandıraraq məhkəmədə müdafiə olunacağını bildirib. Bank qarşı iddia qaldıraraq şikayətçinin adının açıqlanmasını tələb edib və onun işdən çıxarılmadan əvvəl də işəgötürənini açıq şəkildə tənqid etdiyini iddia edib. Sənədlərdə həmçinin qeyd olunur ki, həmin əməkdaş siyasi fiqurların hesablarının açılması barədə məlumatlı məhdud şəxslərdən biri olub.

ABŞ prezident administrasiyası isə hələlik məsələ ilə bağlı şərh verməyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

FES baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb

17.06.2026

"Citigroup" Trampın hesabları ilə bağlı qanunsuz işdən çıxarmada ittiham olunur

17.06.2026

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir

17.06.2026

Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?

17.06.2026

Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?

17.06.2026

Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir

17.06.2026

"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub

17.06.2026

Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək

17.06.2026

​"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"

17.06.2026

Məzənnə

Yüklənir...