Redaktor
Qazaxıstanın "White Hill Capital" vençur şirkəti Azərbaycan bazarına maraq göstərir - MÜSAHİBƏ
Qazaxıstanın "White Hill Capital" vençur şirkətinin Baş direktoru Aslan Sultanov Mərkəzi Asiyada vençur bazarındakı dəyişiklikləri və 2025-ci ildə texnologiya sahəsində gözlənilən əsas trendləri şərh edib. Fond bir çox ölkələrlə yanaşı Azərbaycan bazarına da böyük maraq göstərir. Valyuta.Az A.Sultanovun "The Tech" platformasına verdiyi ümasibəni təqdim edir:
İlin əvvəlindən fond artıq doqquz investisiya reallaşdırıb
Aslan Sultanovun sözlərinə görə, 2025-ci il onlar üçün olduqca aktiv başlayıb – şirkət genişlənməkdədir. O qeyd edib ki, vençur sənayesində konversiya nisbəti aşağıdır: bir və ya iki keyfiyyətli layihə tapmaq üçün onlarla, hətta yüzlərlə layihə analiz edilməlidir.
Şirkətin analitiklərinin təcrübəsi artdıqca layihələr daha sürətlə təhlil olunur, təsnifləşdirilir və potensiallı olanlar seçilir. Hazırda onların məlumat bazasında 1700-dən çox layihə yer alır ki, bu rəqəmə ilkin mərhələdə ələnənlər daxil deyil.
Layihələrin seçimi zamanı erkən mərhələdə olanlara, məsələn, “Astana Hub”da akselerasiya keçmək tövsiyə olunur. Daha sonra isə mələk investorlar cəlb edilir. Layihə yetkin mərhələyə çatdıqda və fondun investisiya mandatına uyğun gəldikdə, investisiya üçün nəzərdən keçirilir.
2025-ci ilin əvvəlindən fond artıq doqquz investisiya reallaşdırıb – bunlardan bəziləri yeni, bəziləri isə mövcud layihələrin növbəti mərhələlərinə (“follow-on”) dəstəklərdir. Ümumi investisiya həcmi 1,5–2 milyon dollar civarındadır.
FinTech sahəsinə maraq nədən qaynaqlanır?
Fond spesifik sahə ilə məhdudlaşmır, lakin zamanla FinTech sahəsinə daha çox fokuslanıb. Bunun əsas səbəblərindən biri komanda üzvlərinin bir çoxunun keçmiş bank işçiləri olmasıdır. Fond həmçinin “PropTech”, süni intellekt əsaslı skoring sistemləri və digər texnologiyalara da maraq göstərir.
“MedTech” kimi sahələr də maraqlı hesab edilir, lakin uzunmüddətli lisenziyalaşdırma və yüksək risklər səbəbilə bu sahəyə yatırım etmək daha çətin görünür. FinTech isə xüsusilə Qazaxıstanda perspektivli hesab olunur – “Kaspi” və “Freedom” kimi uğurlu nümunələr bu marağı artırır.
Coğrafi əhatə və beynəlxalq layihələr
Hazırda fond Qazaxıstan, Özbəkistan, Azərbaycan, Tacikistan, BƏƏ və Səudiyyə Ərəbistanı olmaqla altı bazarda fəaliyyət göstərir. Layihələrin 70%-dən çoxu Qazaxıstan mənşəlidir. MFCA-nın hüquqi imkanları sayəsində startaplar Qazaxıstanda törəmə şirkətlər qeydiyyatdan keçirir.
Beynəlxalq layihələr arasında Səudiyyə Ərəbistanında “Ayla” adlı AI əsaslı təhsil startapı və “Expense” adlı FinTech layihəsi fərqlənir. Hər iki layihəyə Qazaxıstan və Azərbaycana genişlənməkdə dəstək verilib.
Başlanğıcda məqsəd Qazaxıstan startaplarının digər bazarlara çıxışını təmin etmək idisə, indi bu proses əks istiqamətdə də aparılır. Regionda startapların sayı azalsa da, keyfiyyəti artıb – hal-hazırda 30–40 perspektivli layihə izlənilir.
Texnoloji trendlər: süni intellekt və ekspansiya
Əsas texnoloji trendlər arasında süni intellektin inteqrasiyası ön plandadır. Demək olar ki, bütün layihələrdə AI həlləri tətbiq olunur. Digər mühüm trend isə layihələrin erkən mərhələdə xarici bazarlara çıxışıdır – bu, uğur ehtimalını artırır.
Azərbaycanda dövlət və özəl sektorun layihələrə investisiya yatırması da bu istiqaməti stimullaşdırır. Qazaxıstan startapları həm Özbəkistan, həm də Azərbaycan bazarlarına çıxış üçün addımlar atır.
Strategiya və yeni mərhələ
İnvestisiya strategiyası əsasən dəyişməyib, lakin yeni mərhələyə keçilib. Fond hazırda FinTech və əlaqəli texnologiyalara fokuslanır, portfeldə isə əsasən “Seed” və “Late Seed” mərhələsində olan layihələr yer alır.
Hazırda fond portfel layihələri ilə çıxış (“exit”) imkanlarını müzakirə edir. Xüsusilə FinTech sahəsində banklarla əməkdaşlıq bu məsələdə əhəmiyyətlidir. Bankların startapları satın almaq və ya pilot layihələr həyata keçirmək marağı artır.
Perspektiv layihələr və yeni təşəbbüslər
Hazırda diqqət çəkən layihələr bunlardır:
“zipl.ai” – AI və ekosistem sahəsində, 20-dən çox bazarda fəaliyyət göstərir;
“CodiPlay” – MENA regionunda inkişaf edir;
“Prometei” – e-ticarət və FinTech sahəsində, Özbəkistan bazarına çıxış edir;
“Porte Tech” – qadınlar tərəfindən qurulan FinTech startapı;
“epsilon3.ai” – AI sahəsində, energetika və telekommunikasiya sahələrində tətbiqləri var.
Fond yeni təsisçilərə açıqdır və layihə axınının davamlı olmasını vacib hesab edir. Sənayedə likvidlik və maliyyələşmə imkanları artsa da, dövlət təşəbbüsləri də müsbət rol oynayır.
Növbəti 6–12 ay üçün əsas texnoloji trend AI-agentlər hesab olunur. Məsələn, “KLI” şirkətinin vençur fondları üçün hazırladığı AI-agentlər analitikləri qismən əvəz edə bilir. Avtomatlaşdırma və sürətli məlumat emalı bu trendlərin əsas istiqamətidir.
Hazırda fondun “MOIC” göstəricisi 2,4-dür – bu, investorların kapitalının 240% artması deməkdir.
Aydın
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"PayPal Ventures" yeni investisiyaları dayandırdı
18.06.2026AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?
18.06.2026Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il
18.06.2026Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
18.06.2026Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
18.06.2026Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos
18.06.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI
18.06.2026"Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır"
18.06.2026"Apple" məhsullarında qiymət artımı qaçılmaz ola bilər
18.06.2026