Redaktor
BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər
Almaniyanın avtomobil istehsalçısı BMW 2026-cı ilin yekunlarına görə avtomobil biznesinin gəlirlilik proqnozunu 6 faizdən 1 faizə endirib. Şirkət ssenarinin pisləşməsini Yaxın Şərqdəki münaqişə fonunda tələbatın zəifləməsi ilə əlaqələndirib.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Şirkət üçün ən böyük narahatlıq mənbəyi Çin bazarıdır. May ayında Çində avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox azalıb. BMW-nin satışlarının əsas hissəsini təşkil etməyə davam edən daxili yanma mühərrikli avtomobillərə tələbat isə təxminən 40 faiz geriləyib.
Digər Alman avtomobil nəhəngi olan "Volkswagen" hazırda əməliyyat mənfəət marjasının ən azı 4 faiz olacağını gözləyir. Bu isə şirkətin proqnozlarının "BMW" ilə müqayisədə daha optimist olduğunu göstərir.
Bundan əvvəl "Volkswagen" rəhbərliyi konsernin gələcəyi ilə bağlı ciddi risklərin yarandığını bəyan etmişdi. "Der Spiegel"in yaydığı məlumata görə, şirkətin yüksək rəhbər heyəti arasında keçirilmiş anonim daxili sorğunun nəticələri vəziyyətin əvvəl düşünüləndən daha ciddi olduğunu ortaya qoyub.
Sorğuda iştirak edən idarə heyətinin doqquz üzvündən altısı konsernin hazırkı durumunu “mövcudluğunu təhdid edən” vəziyyət kimi qiymətləndirib. Qalan üç top-menecer isə vəziyyəti “gərgin” adlandırıb. Heç bir respondent “kritik olmayan” variantını seçməyib.
Bununla yanaşı, bütün doqquz iştirakçı bir məsələdə həmfikir olub: xüsusilə Çin və Şimali Amerika bazarlarında şirkətin strategiyasının köklü şəkildə yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
Ekspertlərin fikrincə, həm BMW, həm də "Volkswagen" üçün əsas problemlərdən biri Çin avtomobil bazarında rəqabətin kəskinləşməsidir. Yerli elektrik avtomobili istehsalçılarının sürətli yüksəlişi ənənəvi Avropa markalarının bazar payına ciddi təsir göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPR böhranı brendi necə gücləndirə bilər?
18.06.2026BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər
18.06.2026Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri
18.06.2026"PayPal Ventures" yeni investisiyaları dayandırdı
18.06.2026AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?
18.06.2026Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il
18.06.2026Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
18.06.2026Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
18.06.2026Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos
18.06.2026